Amelia Dyer və qətl etdiyi körpə
06 may 2021 08:21 (UTC +04:00)

Amelia Dyer və qətl etdiyi körpə

Uşaqlıqdan ədəb dərsləri alan dayə ƏN QƏDDAR QATİLƏ ÇEVRİLDİ: 400 körpəni...

İndi söhbət açacağımız insan bəlkə də ən qəddar qatildir...

Uşaqlıqdan ədəb dərsləri alan Amelia Dyer əvvəllər heç vaxt uşaq öldürməyib.

Lent.az xarici KİV-ə istinadən dünyanın ən qəddar dayəsindən yazır...

Özündən 35 yaş böyük bir kişi ilə evlənən və bir uşaq anası olan Dyer, əri öldükdən sonra uşaq baxçasında işə düzəlib. Ətrafdan hörmətli və etibarlı bir qadın kimi görünən Dyer, yerli qəzetlərə elan verərək istənməyən körpələrə baxa biləcəyini bildirib.

Dyer daha çox pul qazanmaq üçün əvvəlcə himayə etdiyi uşaqları ac saxlayırdı. Sonra onları öldürmək üçün kimyəvi maddələr vururdu. Dyer yalnız ailələrdə istənilməyən körpələrə baxırdı və ailə körpəsini geri qaytarmaq istəsəydi, başqa bir körpəsini onlara verirdi. Beləliklə, işi üçün heç bir risk yox idi.

Ta ki, bir həkimin “Uşaq baxçası”nı yoxlamağa gəlməsinə qədər...

Uşaq ölümünün artdığından şübhələnən həkim Dyerdən şikayətləndi və dayə 6 ay boyunca əmək düşərgəsində qalır. Burada depressiyaya düşən və tez-tez intihara cəhd edən Amelia Dyer bir neçə dəfə ruhi xəstəxanaya göndərilir. Nəhayət, həbsxanadan çıxmağı bacarıb. Həbsxanadan çıxdıqdan sonra daha böyük elanlar yerləşdirməyə başlayır. Amma bu dəfə işini sağlam tutmağa başlayır. Belə ki, öldürdüyü körpələri ya basdırırdı, ya da çaya atırdı.

Adını tez-tez dəyişdirən və şəhərdən-şəhərə səyahət edən Dyer alkoqol aludəçisi olmuşdu. Bir gün yenidən polis uşaq ölümlərinin artması səbəbindən onu axtarmağa başlayır. 30 illik çalışması dövründə 400 körpəni öldürən Amelia Dyer, xalqın etirazları əsasında dəqiq araşdırmalara məruz qalır.

1896-cı ildə tapılan bir körpə cəsədinin olduğu paketin üzərində onun yeni adı və ünvanı qeyd olunmuşdu. Bu, Dyerin evinə basqın etməyə kömək edir. Evdən tamamilə çürümüş insan ətinin iyi gəlirdi. Bütün cinayətlərini etiraf edən Dyer, körpələri basdırdığı və atdığı yerlərin ünvanını da verir.

Məhkəmədə Dyer 400 körpənin ölümündə günahlandırılaraq edama məhkum edilir. Məhkəməsi 5 dəqiqədən az çəkən Dyer, daha çox körpəni öldürmüş ola biləcəyi fikri də yaranır.

Amelia Dyer hadisəsindən sonra övladlığa götürmə qanunları sərtləşir.

 

# 6489
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar