Alim və Fərqanə Qasımovlar Almaniyada konsert veriblər
Səfər barədə Lent.az-a təəssüratlarını bölüşən Alim Qasımov bildirib ki, onlar Almaniyanın Osnobruq şəhərində keçirilən Morgenland festivalına qatılıblar. Festival çərçivəsində xanəndələrimiz iki konsert proqramı ilə çıxış ediblər: “Biz keçən il də o festivala qatılmışdıq. Bu mötəbər festival artıq neçə illərdir keçirilir. Hətta keçən il konsertdən birbaşa yazılmış disk də buraxıblar. Bu il də həmin festivala dəvət aldıq və məmnuniyyətlə getdik. İlk çıxışımız bir neçə ölkənin musiqiçilərindən ibarət Simfonik Orkestrlə oldu. Onların müşayiətilə iki mahnı ifa etdik. Orkestrin dirijoru Cənubi Azərbaycandan idi, bizim musiqiləri də o aranjeman etmişdi. Bir neçə gündən sonra isə öz musiqiçilərimizlə konsert verdik. Çıxışımız böyük heyranlıqla qarşılandı”.
Alim Qasımovun sözlərinə görə, səfər zamanı Fərqanə Qasımovaya bir təklif də olunub: “İslam musiqisiylə bağlı Firəngiz Əlizadəyə musiqi sifariş olunub. Onu Fərqanənin ifa etməsini istəyirlər. Danışıqlar bitəndən sonra layihə barədə daha ətraflı danışmaq mümkün olacaq”.
Muğam ifaçısı sentyabr ayında Londona da səfərinin planlaşdırıldığını vurğulayıb. Sentyabrın 18-də baş tutacaq bu səfər zamanı da xanəndə qızı Fərqanə Qasımova ilə birgə çıxış edəcək.
Xəyalə Muradlı

Oxşar yazılar

Nəfəsinizi kəsəcək ən yaxşı həyəcan filmləri
1 may 2025 , 19:58
“Rəşad Dağlının övladlarını sevindirdik, demədik ki, əfv olunsun” - Ağamirzə ilə MÜSAHİBƏ
1 may 2025 , 14:12
Robotlar, cəsuslar... - Sizə həyəcan verəcək 5 film -VİDEO
1 may 2025 , 13:16
Dahilərdən günahkarlıqla bağlı 10 sitat
1 may 2025 , 10:14
Kino Agentliyinə baş direktor təyin olundu
30 aprel 2025 , 13:52
Netfliksdə yeni serial: hər saniyə həyəcanda saxlayacaq
30 aprel 2025 , 10:14
Ən yaxşı 7 macəra filmi -VİDEO
29 aprel 2025 , 17:28