“Böyük səhnəyə yol” bölgələrdən də keçəcək
Layihə rəhbəri, əməkdar artist Aybəniz Haşımovanın Lent.az-a verdiyi məlumata görə, layihə çərçivəsində ilk konsert proqramının Gəncədə təşkil olunması nəzərdə tutulub. Daha sonra isə konsertlər silsilə olaraq bütün bölgələrdə davam etdiriləcək. Bu gün isə layihə çərçivəsində Şağan qəsəbəsində yerləşən uşaq evində layihənin dörd istedadının iştirakı ilə xeyriyyə konserti təşkil olunacaq. Bölgələrdə baş tutacaq silsilə konsertlərdə isə bütün layihə iştirakçıları - gənc müğənnilər iştirak edəcək.
Aybəniz Haşımovanın sözlərinə görə, artıq bölgələrdəki konsertlərlə bağlı təşkilatçı Heydər Əliyev Sarayı tərəfindən lazımi danışıqlar aparılıb. “Böyük səhnəyə yol” çərçivəsində Heydər Əliyev Sarayında növbəti konsert noyabrın 31-ə planlaşdırılır. Bu layihədə peşəkar ifaçılar və istedadlı gənc müğənnilər, Milli Konservatoriyanın, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Bülbül adına Musiqi Məktəbinin məzunları və tələbələri çıxış edirlər.
Xəyalə

Oxşar yazılar

Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”
17 avqust 2025 , 13:34
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT
17 avqust 2025 , 12:01
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB
16 avqust 2025 , 19:19
Tanınmış yazıçı vəfat etdi
14 avqust 2025 , 18:29
Prezidentdən Afaq Bəşirqızı ilə bağlı SƏRƏNCAM
14 avqust 2025 , 13:15
Şair Kəramət Şükürov küçədə ölü tapıldı - YENİLƏNİB
13 avqust 2025 , 23:12
Məmməd İsmayıl palataya köçürüldü - YENİLƏNİB
13 avqust 2025 , 22:37