Zəlimxan Yaqubun “İçimdə ağlayan Krım” kitabı çapdan çıxıb
Bu, şairin 2010-cu ilin yanvarında Almatıda çap olunan “Sürgün” kitabının davamı kimi dəyərləndirilir. Həmin kitabda şairin Azərbaycan və Ahıskalı türklərin keçən əsrin 1932-37-38-44-50-ci illərində Azərbaycan, Qərbi Azərbaycan (indiki Ermənistan), Gürcüstandan Orta Asiya və Qazaxıstan çöllərinə sürgünü və şairin o illərin canlı şahidləri ilə keçirdiyi görüşlər öz əksini tapıb.
Aşıqlar Birliyindən Lent.az-a verilən məlumata görə, “İçimdə ağlayan Krım” kitabı isə bu ilin may-avqust aylarında Zəlimxan Yaqub Krımda – Yaltada müalicə aldığı zaman ərsəyə gəlib. Şairin ürək çırpıntıları və daxili iniltiləri ilə müşayiət olunan hər bir misrada Krım türklərinin doğma yurdlarından zamanın hakimləri tərəfindən ədalətsizcəsinə, zorakılıqla sürülməsi və nə vaxtsa Krım türklərinin vətənə tam sahib olacaqlarına inamı ifadə olunur.
Z.Yaqub bu əsərini Krım türklərinin böyük dərd çəkəni, 60 ildir Vətən həsrəti ilə qürbətdə sızlayan və hazırda Londonda yaşayan 91 yaşlı məşhur yazıçı Çingiz Dağçının adına bağışlayıb.
“İçimdə ağlayan Krım” kitabının tərtibçi müəllifləri və çapa hazırlayanları “TÜRKEL”, “VƏTƏN” qəzetləri, “ALTIN KÖPRÜ” Dərgisi sahibləri, Ahıska Mətbuat Mərkəzinin həmsədrləri Hökümə Xəlilova və filologiya elmləri namizədi Ramiz Məşədihəsənlidir.
3 min nüsxə ilə çapdan çıxan kitabın maliyyə dəstəyi isə Almatıda yaşayıb fəaliyyət göstərən soydaşlarımız İsa İsayev və Hilal Vəliyevə aiddir.

Oxşar yazılar

“Evlənəcəyim qızı Ramiz Rövşənlə məsləhətləşdim” – Xalq artisti Şamil Süleymanlı ilə MÜSAHİBƏ
22 avqust 2025 , 14:02
Özünü oynayan ulduzlar: Kino tarixinin ən yaddaqalan 10 kameosu
22 avqust 2025 , 11:51
Röya xəbər səhifələrinə hücum edir
21 avqust 2025 , 15:06
Gözlənilməz sonluqla bitən 8 detektiv film
21 avqust 2025 , 13:34
Tarantino ən yaxşı flmlərini sıraladı
21 avqust 2025 , 10:38
Rəşad Məcidin 60 illiyinə həsr olunmuş “Qala adam” kitabı çapdan çıxdı
21 avqust 2025 , 10:00
Şair Məmməd İsmayıl dəfn edildi - YENİLƏNİB
20 avqust 2025 , 15:05