“Araz” teatr-studiyası beynəlxalq festivala hazırlaşır
Bu festivala Amerika, İsveçrə, Mərakeş, Seneqal, Tacikistan və başqa ölkələrdən olan, özündə incəsənətin müxtəlif növlərini əks etdirən yaradıcı qruplarla yanaşı, Azərbaycandan “Araz” teatr-studiyası da dəvət alıb. Teatr-studiya bu festivala İsveç yazarı Johakim Pirinnenin “Xoşbəxt ailə” pyesi əsasında səhnələşdirilən tamaşanı nümayiş etdirəcək.
“Araz” teatr-studiyasının təsisçisi və direktoru Qurban İsmayılovun Lent.az-a verdiyi məlumata görə, tamaşa noyabrın 18-də Hoteborq şəhərinin Pustervik teatrının binasında göstəriləcək. Pyesi Azərbaycan dilinə tərcümə edənlər İsveçdə yaşayan həmvətənlərimiz Xuraman Cəfərova və Həsən Tamjididir. Tamaşanın quruluşçu rejissoru Hasan Tamjidi, tərtibatçı bəstəkarı əməkdar incəsənət xadimi Sərdar Fərəcovdur. Tamaşada rolları əməkdar artist Dilarə Əliyeva, aktyorlar Günel Məmmədova, Rasim Cəfərov və Qurban İsmayılov ifa edirlər.
Onu da qeyd edək ki, bu, “ARAZ” teatr-studiyasının İsveçə birinci səfəri deyil. Belə ki, teatr-studiya ilk dəfə 2008-ci ildə İsveçin Stokholm, Hoteborq, Linshopinq şəhərlərində yaşayan həmvətənlərimiz qarşısında uğurla çıxış edib.
Xəyalə Muradlı

Oxşar yazılar

“Evlənəcəyim qızı Ramiz Rövşənlə məsləhətləşdim” – Xalq artisti Şamil Süleymanlı ilə MÜSAHİBƏ
22 avqust 2025 , 14:02
Özünü oynayan ulduzlar: Kino tarixinin ən yaddaqalan 10 kameosu
22 avqust 2025 , 11:51
Röya xəbər səhifələrinə hücum edir
21 avqust 2025 , 15:06
Gözlənilməz sonluqla bitən 8 detektiv film
21 avqust 2025 , 13:34
Tarantino ən yaxşı flmlərini sıraladı
21 avqust 2025 , 10:38
Rəşad Məcidin 60 illiyinə həsr olunmuş “Qala adam” kitabı çapdan çıxdı
21 avqust 2025 , 10:00
Şair Məmməd İsmayıl dəfn edildi - YENİLƏNİB
20 avqust 2025 , 15:05