Azərbaycan Avropa Kinorejissorlar Federasiyasının konfransında
                                    
                                    0
                                
                                    0
                                
                                Dünyanın 32 ölkəsindən peşəkar kino təşkilatlarının iştirak etdiyi yığıncaqda Azərbaycanı Professional Kinorejissorlar Gildiyasının sədri Hüseyn Mehdiyev təmsil edir. 
Gildiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, konfransda FERA-nın hesabatı, rejissorla yeganə müqavilə layihəsinin təsdiqi, habelə 2011-2013-cü illərdə görüləcək işlər müzakirə olunub.
Konfrans ərəfəsində əsası 1980-ci ildə elə Roma şəhərində İtaliya və Fransa rejissorları tərəfindən qoyulmuş FERA-nın 30 illiyi də qeyd edilib. Azərbaycan Professional Kinorejissorlar Gildiyası 2000-ci ildən bu qurumun üzvüdür.
Xəyalə