Gəncədə Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclası keçirilib
Kolleqiya iclasında 8 rayonun İcra Hakimiyyəti başçıları və mədəniyyət idarələrinin rəhbərləri iştirak edib
Bu gün Gəncədə Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclası keçirilib. Tədbirdə nazir Əbülfəz Qarayev başda olmaqla nazirliyin bir sıra səlahiyyətli nümayəndələri, qərb bölgəsinin 8 şəhər və rayonunun İcra Hakimiyyəti başçıları, Mədəniyyət və Turizm idarə, şöbələrinin rəisləri, mədəniyyət obyektlərinin rəhbərləri iştirak edib. Lent.az-ın Gəncəbasar müxbirinin verdiyi məlumata görə, iclasda qərb bölgəsində fəaliyyət göstərən mədəniyyət idarə və şöbələrinin fəaliyyəti, mədəniyyət obyektlərinin işi müzakirə edilib.
Gəncə, Samux, Tovuz, Ağstafa, Qazax, Göygöl, Şəmkir, Gədəbəy rayonlarında mədəniyyət və turizm sahəsində görülən tədbirlərə, nöqsanlara diqqət yetirilib. Tədbirdə çıxış edən nazir Əbülfəs Qarayev qeyd edib ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən son 5 il ərzində Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsinə 8 milyon, Gədəbəy rayon Mədəniyyət və Turizm şöbəsinə 3, Tovuza 2, Şəmkir, Qazax və Ağstafa rayon Mədəniyyət və Turizm şöbələrinə isə hər birinə 1 milyon manatdan artıq vəsait ayrılıb.
Mədəniyyət və turizm sahəsinin inkişafı üçün işlər görülüb. Lakin bəzi çatışmazlıqlar da var. Nazirlik rəsmilərinin apardıları araşdırmalardan bəlli olub ki, bəzi rayonların əksər kitabxanaları yararsız haldadır. Nazir Əbülfəz Qarayev həmin kitabxanalar, istifadə olunmayan klub və mədəniyyət ocaqlarında islahatların aparılmasını da təklif edib. Dövlət Rəsm Qalereyalarında əsərlərin lazımı səviyyədə qorunması da müzakirə mövzusuna çevrilib.
Tədbirdə işdə yol verdikləri nöqsanlara görə Tovuz və Qazax rayonlarının Dövlət Rəsm Qalereyalarının direktolarına töhmət verilib. Qərb bölgəsində turizmin inkişaf etdirilməsi istiqamətində aparılan işlərin daha da genişlənməsinin vacibliyi vurğulanıb.
Vüsalə Cənnətova

Oxşar yazılar

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
15 iyul 2025 , 16:19
Qadın hiyləsi haqqında 10 sitat
14 iyul 2025 , 18:35
Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO
14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO
14 iyul 2025 , 14:49Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32