
Aqşin Əlizadə: “Yaxşı əsərlərin yazılması üçün maddi stimul yoxdur”
0
0
“Bəstəkarlar İttifaqı nə qədər səy göstərsə də, bəstəkarların yazdığı əsərlər alınmır”. Lent.az-a Bəstəkarlar İttifaqının mətbuat xidmətindən verilən məlumata görə, bu fikri Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin növbəti iclasında İttifaqın katibi Xalq artisti, professor Aqşin Əlizadə deyib: “Bu bir il ərzində bəstəkarlardan Azər Dadaşovun, Sərdar Fərəcovun, Cahangir Zülfüqarovun və digərlərinin əsərlərini dinləmişik. Yerimiz olmadığına görə, bəzən Hökumət Evində, bəzən Bakı Musiqi Akademiyasında, bəzən də Üzeyir Hacıbəylinin ev muzeyində bu əsərlərə qulaq asmışıq. Doğrudur, əsərlər bəstələnir, amma çox istərdim ki, yeni dərin mənalı əsərlərə qulaq asım. Çünki bayaq adlarını sadaladığım bəstəkarlar buna qadirdirlər, onlara inanmasam, demərəm. Bəli, əsərlərin yazılması üçün maddi stimul yoxdur. SSRİ dövründə əsərlərə görə bəstəkarlar lazımi qədər qonorar alırdılar. Amma indi Bəstəkarlar İttifaqı nə qədər səy göstərsə də, bəstəkarların əsərləri alınmır. Bu da öz təsirini göstərir, çünki çoxları öz əsərini ortalığa çıxarmağa həvəs göstərmir. Amma nahaq yerə, çünki bəstəkarlarımızın əksəriyyəti çox da gənc deyillər”.
Aqşın Əlizadə gənc bəstəkarları yeni yazilan əsərlərini Bəstəkarlar İttifaqına təqdim etməyə çağırıb: “Əsərlərinizi göstərin, yaxşı əsər diqqətdən kənarda qalmasın”.
Lalə Yusifqızı
Aqşın Əlizadə gənc bəstəkarları yeni yazilan əsərlərini Bəstəkarlar İttifaqına təqdim etməyə çağırıb: “Əsərlərinizi göstərin, yaxşı əsər diqqətdən kənarda qalmasın”.
Lalə Yusifqızı
0
0
Oxşar yazılar

“Emin Ağalarovun övladları zarafatlarımı əzbər bilir” - "Məhəbbət"lə MÜSAHİBƏ
2 sentyabr 2025 , 15:10
Ən yaxşı detektiv seriallar - SİYAHI
2 sentyabr 2025 , 11:01
Ayrılıq sonrası izləyə biləcəyiniz 10 film
1 sentyabr 2025 , 11:25
İztirabdan xoşbəxtliyə çəkilən dəmir yol...
30 avqust 2025 , 17:24
Sizi darıxmaqdan xilas edəcək 5 film
30 avqust 2025 , 13:43
Moskva teatrının keçmiş rəhbəri Məmmədəli Ağayev saxlanıldı - VİDEO
28 avqust 2025 , 19:04
Sizi ekrana bağlayacaq 6 detektiv serial
28 avqust 2025 , 12:11