Gəncədə ilk dəfə Teatr Festivalı keçirilir
23 iyun 2009 18:30 (UTC +04:00)

Gəncədə ilk dəfə Teatr Festivalı keçirilir

Festivala Respublikanın 14 teatr kollektivi qatılacaq
Bu gündən Gəncədə “Yeni Teatr” Respublika Festivalı keçirilir. Bu festival şəhərdə ilk dəfədir, təşkil olunur. Lent.az-ın Gəncəbasar müxbirinin verdiyi məlumata görə, iyunun 28-nə kimi davam edəcək festivala respublikanın 14 teatr kollektivi qatılacaq. Teatrsevərlər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Bakı Bələdiyyə Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Azərbaycan Dövlət Musiqili Komediya Teatrı, Azərbaycan Dövlət “Yuğ” Teatrı, Pantomimo Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Sumqayıt Dövlət Musiqili Dram Teatrı, Gəncə, Qazax, Mingəçevir, Şəki, Lənkəran Dövlət Dram Teatrı kollektivlərinin ifasında müxtəlif səhnə əsərlərinə baxa biləcəklər.
Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə təşkil olunan festivalda nümayiş etdirilən tamaşalara tamaşaçılarla yanaşı, teatr tənqidçiləri, tanınmış aktyorlar da qiymət verəcək.
Festivalda ilk olaraq Gəncə Dövlət Kukla Teatrında Rafiq Səməndərin “Çətin məsələ” adllı səhnə əsəri nümayiş etdirildi. Səhnə əsərində xeyirxaxlıq, elm və biliyə marağın vacibliyi kimi mövzulardan bəhs edilirdi. Bundan sonra isə Gəncə Dövlət Dram Teatrında Qazax Dram Teatrı tərəfindən Mar Bayciyevin “Duel” tamaşası nümayiş etdiriləcək.
Festivalın rəsmi açılışı isə saat 18:00-da olacaq.
Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1565

Oxşar yazılar

Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən  5 SEVGİ FİLMİ -  VİDEO

Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO

14 iyul 2025 , 14:49
Professor Rəhman Bədəlov  vəfat etdi

Professor Rəhman Bədəlov vəfat etdi

9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

9 iyul 2025 , 19:38
Elman Rəfiyev

Azərbaycanda teatr direktoru istefa verdi

9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

9 iyul 2025 , 12:21