2024-cü ilin sevgi mövzusunda ən yaxşı 3 filmi
17 yanvar 2025 12:07 (UTC +04:00)

2024-cü ilin sevgi mövzusunda ən yaxşı 3 filmi

2024-cü ildə sevgi mövzusunda bir neçə film təqdim olundu. Bəziləri qəliz, bəziləri isə ilhamvericidir. Hər kəs bu filmlərdə özünə aid bir şey tapacaq.

Lent.az 2024-cü ilin sevgi mövzusunda ən yaxşı üç filmini təqdim edir.

"Sevirsənsə, burax"

Bu film Kolin Huverin "Sevirsənsə, burax" kitabı əsasında çəkilib. Hekayə zorakı münasibətlərdən bəhs edir, lakin xoş sonluqla bitir. Lili adlı qız həm mənəvi, həm də fiziki olaraq ona zülm edən ərindən xilas ola bilir və bütün travmalarını sağaldan, ona parlaq və xoşbəxt gələcək üçün ümid bəxş edən həqiqi sevgini tapır.

"Səni düşünmək"

Bu film 40 yaşlı qadın və 24 yaşlı gənc oğlan arasındakı münasibətlərdən bəhs edir. Müasir dünyada yaşamağımıza baxmayaraq, belə cütlüklər hələ də cəmiyyətin qınağı ilə üzləşirlər. Amma böyük yaş fərqi sevgini məhv edə bilərmi? Baş qəhrəmanlar hisslərini gizlətməyə çalışırlar, amma bunu bacaracaqlarmı?

"Rəqiblər"

"Rəqiblər" filmi məşqçiyə çevrilmiş bir tennisçi qadından bəhs edir. Onun həyat yoldaşı da peşəkar olaraq bu idman növü ilə məşğul olsa da, bir sıra məğlubiyyətlərdən sonra motivasiyasını itirməyə başlayır. Qadın sevdiyi insana kömək etməyin yolunu tapır, lakin vəziyyət qızışır, çünki onun növbəti rəqibi qadının keçmiş sevgilisi olur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2765

Oxşar yazılar

İnsanları tanımağınıza  kömək edəcək 5 film  -VİDEO

İnsanları tanımağınıza kömək edəcək 5 film -VİDEO

16 iyun 2025 , 12:13
Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28