Filmimiz Beynəlxalq Kino festivalında nümayiş olunacaq
19 noyabr 2020 10:25 (UTC +04:00)

Filmimiz Beynəlxalq Kino festivalında nümayiş olunacaq

Rusiyanın Tula şəhərində keçirilən XI “Shorts” Beynəlxalq Kino festivalında Azərbaycanlı rejissorun “Yada sal məni” qısametrajlı filmi nümayiş olunacaq.

Lent.az xəbər verir ki, filmdə Əməkdar artist Elşən Rüstəmov, Nuridə Musabəyli və Nigar Qasımova çəkilib.

Filmin rejissoru Masər Həsənov deyib: “Dekabr mənim üçün hərarətli olacaq. Rusiya ilə yanaşı İngiltərə, ABŞ və Azərbaycanda filmim nümayiş olunacaq”.

Film həyat yoldaşını itirəndən sonra özünə qapanmış tənha insanı diqqət mərkəzinə gətirir. Bir gün gecəyarısı onun qapısını balaca bir qız döyür. Filmin qəhrəmanı onun içəri daxil olmasına bir şərtlə icazə verir – yağış bitən kimi çıxıb getməlidir. Kişi xəbərsizdir ki, qapını döyən qonaq özü də kimsəsizdir və getməyə yeri yoxdur...

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini rejissorluq ixtisası üzrə bitirən Masər Həsənov magistr pilləsində Xalq artisti Eldar Quliyevin kursunda təhsil alıb. O, fiziki məhdudiyyəti olmasına baxmayaraq, müxtəlif layihələrdə fəallığı ilə seçilir, sənədli və bədii filmlərin, sosial çarxların müəllifidir. Gənc rejissorun “Dejavü” filmi Türkiyə, Rusiya və Rumıniyada festivallarda iştirak edib, “Sevgi naminə” qısametrajlı bədii filmi IX Beynəlxalq Müstəqil Müəllif Filmləri İnternet Festivalının mükafatını qazanıb.

O, həmçinin 2017-ci ildə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Rasim Ocaqov adına təqaüdünə layiq görülüb. 2019-cu ildə gənclər üçün Prezident mükafatçısı olub.

 

AZƏRTAC 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1626

Oxşar yazılar

Şair Məmməd İsmayıl vəfat etdi

Şair Məmməd İsmayıl vəfat etdi

19 avqust 2025 , 16:29
Kefinizi açacaq 6 komediya serialı

Kefinizi açacaq 6 komediya serialı

19 avqust 2025 , 13:57
"Avroviziya"nın  loqosu yeniləndi

"Avroviziya"nın loqosu yeniləndi

19 avqust 2025 , 09:37
Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”

Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”

17 avqust 2025 , 13:34
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT

17 avqust 2025 , 12:01
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB

16 avqust 2025 , 19:19
Tanınmış yazıçı vəfat etdi

Tanınmış yazıçı vəfat etdi

14 avqust 2025 , 18:29
Prezidentdən Afaq Bəşirqızı ilə bağlı SƏRƏNCAM

Prezidentdən Afaq Bəşirqızı ilə bağlı SƏRƏNCAM

14 avqust 2025 , 13:15