Tıq-Tıqla möcüzələr axtarışı davam edir - VİDEO
17 noyabr 2020 17:13 (UTC +04:00)

Tıq-Tıqla möcüzələr axtarışı davam edir - VİDEO

“Azanfilm” studiyası “Tıq-tıq və dostları möcüzələr axtarışında” maarifləndirici, çoxhissəli animasiya filminin 2-ci hissəsinin davamını çəkir.  

“Azanfilm” studiyasından Lent.az-a verilən məlumata görə, animasiya filminin 2-ci hissəsində Tıq-tıq öz dostları ilə qədim yaşayış məskənlərimizdən olan Qobustana səyahət edir. Qobustan barədə maraqlı məlumatları balaca dostlarımıza çatdıracaq filmdə qəhrəmanlarımızın başlarına qeyri-adi və sirli hadisələr də gələcək. Bu sirli hadisələrin ən yaxşı tərəfi Tıq-tıqa yeni bir dost qazandırması olacaqdır.

Filmin istehsalının 2021-ci ilin marta ayında tamamlanacağı və tamaşaçılara təqdim olunacağı gözlənilir.

Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azanfilm” Studiyasında istehsal olunan animasiya filminin ssenari müəllifi və quruluşçu rejissoru Sultan Abbasbəyli, bəstəkarı Azər Hacıəsgərli, rəssamı Kübra Binnətova, redaktoru Yusif Şeyxov, səs rejissoru Mehman Nadirov, prodüseri Mansur Şəfiyevdir.

Сənub bölgəmizdə bitən və nadir ağac hesab olunan dəmirağac haqqında, o cümlədən digər maarifləndirci məlumatlarla dolu olan animasiya filminin 1-ci hissəsini təqdim edirik.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1858

Oxşar yazılar

Şair Məmməd İsmayıl vəfat etdi

Şair Məmməd İsmayıl vəfat etdi

19 avqust 2025 , 16:29
Kefinizi açacaq 6 komediya serialı

Kefinizi açacaq 6 komediya serialı

19 avqust 2025 , 13:57
"Avroviziya"nın  loqosu yeniləndi

"Avroviziya"nın loqosu yeniləndi

19 avqust 2025 , 09:37
Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”

Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”

17 avqust 2025 , 13:34
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT

17 avqust 2025 , 12:01
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB

16 avqust 2025 , 19:19
Tanınmış yazıçı vəfat etdi

Tanınmış yazıçı vəfat etdi

14 avqust 2025 , 18:29
Prezidentdən Afaq Bəşirqızı ilə bağlı SƏRƏNCAM

Prezidentdən Afaq Bəşirqızı ilə bağlı SƏRƏNCAM

14 avqust 2025 , 13:15