Məşhur türk rejissor VƏFAT ETDİ
15 may 2025 14:26 (UTC +04:00)

Məşhur türk rejissor VƏFAT ETDİ

Məşhur rejissor və ssenarist Ali Özgentürk 80 yaşında vəfat edib. Onun vəfat xəbəri Türkiyə kino dünyasında dərin kədər yaradıb və sənətsevərləri yasa boğub.

Lent.az xəbər verir ki, ağrılı xəbəri onun qardaşı, tanınmış sənədli film rejissoru Nebil Özgentürk sosial şəbəkə hesabında paylaşıb. O, paylaşımında bu sözləri yazıb:

“Qardaşım... Kino rejissoru Ali Özgentürkü itirdik. Gəncliyində teatr aktyoru idi, artıq 50 ildir ki, kino sahəsində fəaliyyət göstərirdi. Simay və Dünya adlı iki övladı vardı. Başda “Hazal” və “At” olmaqla ümumilikdə 15 filmin rejissoru idi. “Selvi Boylum Al Yazmalım” filminin də ssenari müəllifi idi — filmin sonunda “sevgi əməkdir” deyə həyat dərsi verən o məşhur Selvi Boylumun... Uşaqlıq illərimə, ilk gənclik dövrümə və peşə həyatımın formalaşmasına böyük təsiri olub, zəhməti olub. Çox kədərliyəm…”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 506

Oxşar yazılar