“Oskar”ın növbəti təqdimetmə mərasimi bu tarixdə keçiriləcək
22 aprel 2025 06:41 (UTC +04:00)

“Oskar”ın növbəti təqdimetmə mərasimi bu tarixdə keçiriləcək

“Oskar” kino mükafatının 98-ci təqdimetmə mərasimi 2026-cı il martın 15-də baş tutacaq.

APA xəbər verir ki, bu barədə 21 aprel tarixində Kino Sənətləri və Elmləri Akademiyasının mətbuat xidməti məlumat yayıb.

““Oskar” mükafatının 98-ci təqdimetmə mərasimi 2026-cı il martın 15-də, bazar günü, ABŞ-ın şərq vaxtı ilə saat 19:00-da canlı olaraq ABC kanalında yayımlanacaq”, - deyə məlumatda qeyd olunub.

Bundan əlavə, Kino Akademiyası vurğulayıb ki, filmlərin çəkilməsində süni intellektin istifadəsi namizədlik şanslarına təsir etməyəcək. Lakin qiymətləndirmə zamanı yaradıcı müəlliflik dərəcəsi nəzərə alınacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1118

Oxşar yazılar