Tanınmış aktyor və rejissor barədə sənədli film çəkildi
30 mart 2023 19:49 (UTC +04:00)

Tanınmış aktyor və rejissor barədə sənədli film çəkildi

Martın 29-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor, aktyor, Əməkdar artist Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan "Yaşanan yarım əsr" adlı sənədli filmin təqdimatı keçirilib. 

Lent.az xəbər verir ki, təqdimatda incəsənət xadimləri, teatr və kino mühitinin tanınmış nümayəndələri iştirak ediblər. 

Nicat Kazımov yaradıcı heyətə və qonaqlara təşəkkürünü bildirib. Bundan sonra tamaşaçılar filmi izləyiblər.  

Nicat Kazımovun həyat və yaradıcılığının müxtəlif dövrlərini əks etdirən filmin ssenari müəllifi  və qurluşçu rejissoru Vüsal Əsgərov, quruluşçu operatoru Teymur Məmmədov, montaj rejissoru Firdovsi Nəbiyev, səs operatoru Nicat Cəbrayılov, qrim üzrə rəssamı Vüsalə Abbasova, prodüsser Əməkdar artist İlham Əsədovdur.

# 2124
avatar

Oxşar yazılar