Vaqif Səmədoğlu necə  Cəlil Məmmədquluzadənin oğlu   olub?
07 dekabr 2023 15:54 (UTC +04:00)

Vaqif Səmədoğlu necə Cəlil Məmmədquluzadənin oğlu olub?

Lent.az “Ömrün bir anı” rubrikasında məşhurların həyatından daha bir maraqlı hadisəni təqdim edir. Bu hadisəni şair Vaqif Səmədoğlu özü danışıb.

Vaqif Səmədoğlu bir dəfə Cəlilabad rayonuna zəhmətkeşlərlə görüşə gedib. Təbii ki, onun gəlişi barədə rayon rəhbərliyinə məlumat verilib və rayonun başçısı Vaqif Səmədoğlunu şəxsən qarşılayıb. Şairə rayonu gəzdirən rayon rəhbəri mərkəzi küçələrindən birində Cəlil Məmmədquluzadənin abidəsi qarşısında dayanıb və deyib.

“Sizin atanıza çox böyük hörmətim var. Xalqımızın hörmətli ziyalısıdır. Buna görə, onun şərəfinə heykəl ucaltdırmışam”.

Vaqif  Səmədoğlu heykələ dönüb bir də baxıb və deyib. 

“Axı bu Cəlil Məmmədquluzadənin heykəlidir. Mən Səməd Vurğunun oğluyam. Adımdan görünür, Səmədin oğlu ”, - deyən Vaqifə heyrətlə baxan rayon rəhbəri pərt olub.

“Baho, bəs mən elə bilirdim sən Cəlil Məmmədquluzadənin oğlusan. Eybi yox, birini də sənin atan üçün düzəltdirərik”, -  o işin altından çıxmağa çalışıb. 

Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən Vaqif Səmədoğlu 2015-ci ildə vəfat edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10269
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar

“Doqquzlamaq” nə deməkdir? - Belə yaranıb

“Doqquzlamaq” nə deməkdir? - Belə yaranıb

23 iyul 2024 , 19:36
Son illərin ən yaxşı 20 qorxulu filmi

Son illərin ən yaxşı 20 qorxulu filmi

23 iyul 2024 , 11:48
Prezident ona “Xalq artisti”  fəxri adı verdi

Prezident ona “Xalq artisti” fəxri adı verdi

22 iyul 2024 , 15:44
Hacı İsmayılov sədr seçildi

Hacı İsmayılov sədr seçildi

22 iyul 2024 , 15:17
Sevgi haqqında 5 ən gözəl roman

Sevgi haqqında 5 ən gözəl roman

22 iyul 2024 , 13:55
Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür

Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür

22 iyul 2024 , 00:10
Azərbaycan mahnısını mənimsəyən erməni müğənninin mahnısı "YouTube"dan SİLİNDİ

Azərbaycan mahnısını mənimsəyən erməni müğənninin mahnısı "YouTube"dan SİLİNDİ

12 iyul 2024 , 21:33
Dünya klassik ədəbiyyatının 10 ən gözəl nümunəsi

Dünya klassik ədəbiyyatının 10 ən gözəl nümunəsi

12 iyul 2024 , 17:07