Bu gündən aprelin 27-dək Gürcüstanda Azərbaycan kinosu günləri olacaq. Bu barədə Lent. az-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Kino günləri Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Dövlət Neft Şirkətinin Gürcüstandakı nümayəndəliyinin dəstəyi ilə gerçəkləşdirilib.
Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova, rejissor Yavər Rzayev, Nurəddin Mehdixanlı, Münəvvər Əliyeva və Nazirliyin Kinematoqrafiya şöbəsinin əməkdaşı Almaz Sultanzadədən ibarət nümayəndə heyəti Gürcüstandadır.