İyunun 7-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Heydər Əliyevin xatirəsinə həsr olunmuş konsert proqramı keçiriləcək. Filarmoniyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatı ilə keçirilən konsert proqramında Rusiyanın tanınmış dirijoru Dmitri Yablonskinin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək. Konsertin solisti məşhur rusiyalı skripkaçı Alyona Bayeva olacaq. Hər iki sənətçi iyunun 5-də məşqlər üçün Azərbaycana gələcəklər.