Sobada maraqlı kotlet resepti   – Yağ ləkəsindən də qurtulacaqsınız
15 may 2024 10:41 (UTC +04:00)

Sobada maraqlı kotlet resepti – Yağ ləkəsindən də qurtulacaqsınız

Bu gün sobada maraqlı kotlet reseptindən danışacağıq. Əgər kotletləri bu reseptlə hazırlasanız, bişirilmə zamanı mətbəxə yayılan pis yağ ləkələrindən də xilas olacaqsınız. Çünki bunun üçün sizə sadəcə qiymədən kotlet hazırlamaq və onları sobaya yerləşdirmək lazımdır. 

Lent.az bu kotlet reseptini təqdim edir: 

Lazım olan ərzaqlar: 

Mal əti - 700 q;
Yumurta - 1 ədəd;
Kartof - 2 ədəd;
Soğan - 3 ədəd;
Sarımsaq - 3 diş;
Bibər, duz.

Tərəvəzləri yuyun və soğanı, kartofu soyun. Soğanı, sarımsağı incə doğrayıb sürtgəcdən keçirin. Dərin bir qabda çəkilmiş əti bir yumurta, tərəvəz, duz və üyüdülmüş qara bibər ilə qarışdırın.

Yaranan kütlədən kotletlər düzəldin ki, hamısı təxminən eyni ölçüdə olsun. Sobaya qoyacağınız qabı yağlı kağız ilə örtün və kotletlərin səthə yapışmaması üçün onu bitki yağı ilə yüngülcə yağlayın.

Üzərinə hazırladığınız kotletləri qoyun və təxminən 35 dəqiqə 180 dərəcə isidilmiş sobada bişirin. 

İstəyə uyğun olaraq qiymələrə müxtəlif ədviyyatlar da əlavə edə bilərsiniz. Sonda kotletləri yüngül salatlarla təqdim etmək lazımdır. Məsələn, təzə kələmdən hazırlanmış salat ən yaxşı seçim ola bilər. Nəticədən çox razı qalacaqsınız. Nuş olsun!

# 21129
avatar

Sevinc Fərid

Oxşar yazılar