İlham Əliyev Rusiyaya rəsmi səfərə gedib
21 fevral 2022 17:51 (UTC +04:00)

İlham Əliyev Rusiyaya rəsmi səfərə gedib

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə fevralın 21-də Rusiyaya rəsmi səfər gəlib.

Lent.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı "Vnukovo-2" Beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısı İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər qarşıladılar.

Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verdi, Azərbaycanın və Rusiyanın dövlət himnləri səsləndirilib.

# 2052
avatar

Oxşar yazılar