MEDİA-nın Müşahidə Şurası üzvlərinin sayı azaldıldı
19 oktyabr 2021 15:42 (UTC +04:00)

MEDİA-nın Müşahidə Şurası üzvlərinin sayı azaldıldı

Medianın İnkişafı Agentliyinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirən Müşahidə Şurası üzvlərinin sayı azaldılıb.

Lent.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərmana etdiyi dəyişiklikdə əksini tapıb.

Əvvəl Müşahidə Şurası üzvlərinin sayı 6 nəzərdə tutulmuşdu. İndi isə bu say 4-ə endirilib.

Eyni zamanda, fərmana əsasən, Agentliyin strukturunun, əməyin ödənişi fondunun, işçilərinin say həddinin və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğinin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq ediləcək.

Həmçinin, fərmana əsasən, İcraçı direktorun müavinlərinin sayı 1-ə endirilib.

Əvvəl icraçı direktorun 2 müavini var idi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6282

Oxşar yazılar

Dünya liderləri Xankəndidə - VİDEO  - YENİLƏNİB

Dünya liderləri Xankəndidə - VİDEO - YENİLƏNİB

4 iyul 2025 , 14:40
Prezident onlara general rütbəsi  verdi

Prezident onlara general rütbəsi verdi

25 iyun 2025 , 11:11
Prezident İlham Əliyev Mingəçevirdə  - YENİLƏNİB

Prezident İlham Əliyev Mingəçevirdə - YENİLƏNİB

24 iyun 2025 , 10:40
Prezident  İlham Əliyev Yevlax və Goranboyda -FOTOLENT

Prezident İlham Əliyev Yevlax və Goranboyda -FOTOLENT

23 iyun 2025 , 14:53
Qaxın icra başçısı işdən çıxarıldı

Qaxın icra başçısı işdən çıxarıldı

21 iyun 2025 , 15:14
Prezidentdən Şahin Mustafayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Şahin Mustafayevlə bağlı SƏRƏNCAM

12 iyun 2025 , 13:26
Prezident yeni hakimlər  təyin etdi

Prezident yeni hakimlər təyin etdi

3 iyun 2025 , 17:38
Prezident  Bakı Ekspo Mərkəzində rəsmi açılışda

Prezident Bakı Ekspo Mərkəzində rəsmi açılışda

2 iyun 2025 , 09:51