Prezident İlham Əliyev and içdi - YENİLƏNİB
14 fevral 2024 11:44 (UTC +04:00)

Prezident İlham Əliyev and içdi - YENİLƏNİB

Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib.

Lent.az xəbər verir ki, mərasim iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi hərarətlə qarşıladılar.

Ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Heydər oğlu Əliyevin andiçmə mərasimi açıq elan olundu.

Silahlı Qüvvələrin əsgərləri Azərbaycan Respublikasının Dövlət Bayrağını və Azərbaycan Respublikası Prezidentinin ştandartını (bayrağını) təntənəli marşın sədaları altında səhnəyə gətirdilər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və Konstitusiya Məhkəməsinin hakimləri səhnəyə dəvət olundular.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad ABDULLAYEV çıxış edərək dedi:

- Hörmətli xanımlar və cənablar.

Bildiyiniz kimi, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 2024-cü il 13 fevral tarixli qərarı ilə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə dair Mərkəzi Seçki Komissiyasının nəticələrini təsdiq edərək, cənab İlham Heydər oğlu Əliyevi Azərbaycan Respublikasının Prezidenti elan etmişdir.

Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Heydər oğlu Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 103-cü maddəsinə uyğun olaraq, Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə andiçməyə dəvət olunur.

Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq and içdi:

- Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!

Sonra Prezident müqəddəs “Qurani-Şərif”ə əl basaraq and içdi:

- Əlimi “Qurani-Şərif”ə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlərə və ənənələrə sadiq olacağam, onları daim uca tutacağam.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.

Prezident İlham Əliyev təzim edərək, Azərbaycan Respublikasının Dövlət Bayrağını öpdü.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev andiçmə mərasimində nitq söylədi.

***

saat 11:04

Azərbaycanda fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində qalib gəlmiş İlham Əliyevin andiçmə mərasimi başlayıb.

Lent.az xəbər verir ki, mərasim Milli Məclisdə keçirilir.

Qeyd edək ki, Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticəsini fevralın 13-də təsdiqləyib. Konstitusiya Məhkəməsinin qərarı ilə Mərkəzi Seçki Komissiyasının yekun protokoluna əsasən, İlham Əliyev 92.12 faiz səslə prezident seçkilərində qalib gəlib.

Prezident İlham Əliyevin andiçmə mərasimi - VİDEO  - YENİLƏNİB Prezident İlham Əliyevin andiçmə mərasimi - VİDEO  - YENİLƏNİB Prezident İlham Əliyevin andiçmə mərasimi - VİDEO  - YENİLƏNİB Prezident İlham Əliyevin andiçmə mərasimi - VİDEO  - YENİLƏNİB Prezident İlham Əliyevin andiçmə mərasimi - VİDEO  - YENİLƏNİB Prezident İlham Əliyevin andiçmə mərasimi - VİDEO  - YENİLƏNİB Prezident İlham Əliyevin andiçmə mərasimi - VİDEO  - YENİLƏNİB Prezident İlham Əliyevin andiçmə mərasimi - VİDEO  - YENİLƏNİB Prezident İlham Əliyevin andiçmə mərasimi - VİDEO  - YENİLƏNİB Prezident İlham Əliyevin andiçmə mərasimi - VİDEO  - YENİLƏNİB Prezident İlham Əliyevin andiçmə mərasimi - VİDEO  - YENİLƏNİB Prezident İlham Əliyevin andiçmə mərasimi - VİDEO  - YENİLƏNİB Prezident İlham Əliyevin andiçmə mərasimi - VİDEO  - YENİLƏNİB Prezident İlham Əliyevin andiçmə mərasimi - VİDEO  - YENİLƏNİB Prezident İlham Əliyevin andiçmə mərasimi - VİDEO  - YENİLƏNİB Prezident İlham Əliyevin andiçmə mərasimi - VİDEO  - YENİLƏNİB Prezident İlham Əliyevin andiçmə mərasimi - VİDEO  - YENİLƏNİB Prezident İlham Əliyevin andiçmə mərasimi - VİDEO  - YENİLƏNİB Prezident İlham Əliyevin andiçmə mərasimi - VİDEO  - YENİLƏNİB Prezident İlham Əliyevin andiçmə mərasimi - VİDEO  - YENİLƏNİB

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12776

Oxşar yazılar

Azərbaycan və İran prezidentləri görüşdü

Azərbaycan və İran prezidentləri görüşdü

28 aprel 2025 , 13:50
İran prezidenti  Azərbaycana   gəldi

İran prezidenti Azərbaycana gəldi

28 aprel 2025 , 12:19
İlham Əliyev Çinə getdi

İlham Əliyev Çinə getdi

22 aprel 2025 , 15:58
Maliyyə nazirinə yeni müavinlər  təyin edildi - SƏRƏNCAM

Maliyyə nazirinə yeni müavinlər təyin edildi - SƏRƏNCAM

15 aprel 2025 , 18:03
Bu məhkəmələrə yeni hakimlər  təyin olundu

Bu məhkəmələrə yeni hakimlər təyin olundu

15 aprel 2025 , 15:52
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü keçirildi

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü keçirildi

11 aprel 2025 , 12:56
İlham Əliyev Türkiyəyə getdi

İlham Əliyev Türkiyəyə getdi

10 aprel 2025 , 14:07
"USAID tamamilə korrupsiyaya uğramış bir təşkilatdır" - Prezident

"USAID tamamilə korrupsiyaya uğramış bir təşkilatdır" - Prezident

9 aprel 2025 , 13:41