Prezident İlham Əliyev Mingəçevirdə  - YENİLƏNİB
24 iyun 2025 10:40 (UTC +04:00)

Prezident İlham Əliyev Mingəçevirdə - YENİLƏNİB

İyunun 24-də Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimi keçirilib.

Lent.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.

Sonra İtaliyanın şirkətlər və “Made in İtaly” naziri Adolfo Urso, İtaliyanın “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru Fabrizio Fabbri, Çinin “Dongfang” şirkətinin idarə heyətinin sədri Çen Qianq, “Azərenerji” ASC-nin enerjinin istehsalı operatorunun direktoru Üzeyir Yusifov çıxış etdilər.

Daha sonra Prezident İlham Əliyev və İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso stansiyanın açılışını etdilər.

***

saat 09:38

Bu dəqiqələrdə Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışı mərasimi keçirilir.

Lent.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 852

Oxşar yazılar