“Əsas vəzifəmiz gəncləri vətənpərvərlik ruhunda böyütməkdir. Çünki bu olmasa, bizim arzularımız yarımçıq olacaq. Vətənpərvərlik olsa, Vətənə bağlılıq olsa, heç bir qüvvə bizim qabağımızda dura bilməz”.
Lent.az-ın məlumatına görə, bu fikirləri Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.
Dövlətimizin başçısı deyib: “Bizi həm müharibədən əvvəl, həm müharibə zamanı, həm də bəziləri müharibədən sonra hədələməyə çalışırdılar və çalışırlar. Amma bütün bu səylər puça çıxdı. Çünki heç kim bizim iradəmizi əyə bilməz. Biz qeyri-bərabər savaşa, qeyri-bərabər mübarizəyə hər an hazırıq, ölümə getməyə hazırıq, amma öz ləyaqətimizi, öz qürurumuzu, öz müstəqilliyimizi heç kimə güzəştə getməyəcəyik. Bunu hər kəs bilsin”.

İlham Əliyev, Azərbaycan Prezidenti
Prezident İlham Əliyev: Ölümə getməyə hazırıq, güzəştə getməyəcəyik
Oxşar yazılar

Azərbaycan və İran prezidentləri görüşdü
28 aprel 2025 , 13:50
İran prezidenti Azərbaycana gəldi
28 aprel 2025 , 12:19
İlham Əliyev Çinə getdi
22 aprel 2025 , 15:58
Maliyyə nazirinə yeni müavinlər təyin edildi - SƏRƏNCAM
15 aprel 2025 , 18:03
Bu məhkəmələrə yeni hakimlər təyin olundu
15 aprel 2025 , 15:52
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü keçirildi
11 aprel 2025 , 12:56
İlham Əliyev Türkiyəyə getdi
10 aprel 2025 , 14:07