Prezident onlara general rütbəsi verdi – SİYAHI
15 dekabr 2023 12:54 (UTC +04:00)

Prezident onlara general rütbəsi verdi – SİYAHI

Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Lent.azxəbər verir ki, sərəncama əsasən, Fövqəladə Hallar Nazirliyinin aşağıdakı əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib.

“general-leytenant” ali hərbi rütbəsi

general-mayor Etibar Rəsul oğlu İsmayılova

“general-mayor” ali hərbi rütbəsi

polkovnik Şahin Əyyub oğlu Mirzəyevə

“daxili xidmət general-mayoru” ali xüsusi rütbəsi

daxili xidmət polkovniki Aqşin Böyükağa oğlu Kazımova

daxili xidmət polkovniki Asif Eltufat oğlu Məmmədliyə.

# 8727
avatar

Oxşar yazılar