Prezident onlara mükafat verdi
26 may 2026 16:53 (UTC +04:00)

Prezident onlara mükafat verdi

0

Prezident İlham Əliyev 2026-cı il üçün Azərbaycan Respublikasının elm və mədəniyyət sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.

Lent.az xəbər verir ki, Sərəncama əsasən 2026-cı il üçün Azərbaycan Respublikasının elm və mədəniyyət sahələrində Dövlət Mükafatları aşağıdakı şəxslərə verilib:

Elm sahəsi üzrə

Asəf Hacı oğlu Hacıyev – “Çoxölçülü reqressiya analizi və süni intellekt” kitabına gör.

Tarix Meyrut oğlu Dostiyev – Orta əsr Gəncə və Şəmkir şəhər yerlərində aparılan arxeoloji qazıntılar əsasında əldə etdiyi fundamental elmi nəticələrə görə

Mədəniyyət sahəsi üzrə

Eldar Hidayət oğlu Mikayılzadə – “Azərbaycan xalçası – ilmələrin rəqsi”, “Xəmsə” silsilələri və “Səmavi dinlər” triptixinə görə.

Bundan başqa, Rauf Asif oğlu Əliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 272

Oxşar yazılar