Prezident İlham Əliyev
04 noyabr 2021 11:38 (UTC +04:00)

Prezident İlham Əliyev

Prezidentdən ÇAĞIRIŞ: "Biz sülh danışıqlarına hazırıq"

“İndi postmünaqişə dövründəyik. Biz Ermənistana bir sıra təklifləri irəli sürmüşük ki, gəlin, sülh müqaviləsi üzərində işləməyə başlayaq”.

Lent.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında deyib.

Dövlət başçısı bildirib ki, çünki biz müharibə üzərində danışmaq yox, sülh haqqında, gələcək haqqında danışmaq fikrindəyik: “Əfsuslar olsun ki, bu təklif hələ ki, cavabını almayıb. Eyni zamanda biz təklif etdik ki, sərhədimizin demarkasiya və delimitasiyasına başlayaq, hər iki ölkənin ərazi bütövlüyü təmin edilsin. Bu da yenə də beynəlxalq hüquq normalarına, normal davranışa uyğundur. Əfsuslar olsun ki, bu məsələ də hələ ki, cavabını tapmayıb. Azərbaycan maksimal konstruktivlik göstərib. Baxmayaraq ki, 30 ilə yaxın işğal, barbar hərəkətlər və dağıntılar olub. Biz gələcəyə nəzər salmalıyıq. Biz öz gələcəyimizi - təhlükəsiz, proqnozlaşdırılan və genişmiqyaslı əməkdaşlığa hazır olan gələcəyi təmin etməliyik. Ola bilsin ki, bizim təkliflər haqqında siz də eşitmisiniz. Mənə elə gəlir hər bir şey Ermənistanın mövqeyindən asılı olacaq. Çünki bizim mövqeyimiz tamamilə aydındır. Mən bir daha qeyd edirəm ki, biz sülh danışıqlarına başlamağa hazırıq və sülh müqaviləsini imzalamağa hazırıq. Biz səhifəni çevirmək istəyirik və sərhədləri müəyyən etmək fikrindəyik. Görürsünüz ki, Ermənistandan cavab gəlmir. Demək olar ki, 1 ildir ki, onlar yenə də sükut saxlayırlar. Mənə elə gəlir ki, onlar Azərbaycanın konstruktiv mövqeyinə müqavimət göstərə bilməyəcəklər. Əgər danışıqlar aparılan illəri ərzində onlar bizə qulaq assaydı, özlərini normal aparsaydılar, bugünkü gün həmin bu vəziyyət yaranmazdı”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4195

Oxşar yazılar

Dünya liderləri Xankəndidə - VİDEO  - YENİLƏNİB

Dünya liderləri Xankəndidə - VİDEO - YENİLƏNİB

4 iyul 2025 , 14:40
Prezident onlara general rütbəsi  verdi

Prezident onlara general rütbəsi verdi

25 iyun 2025 , 11:11
Prezident İlham Əliyev Mingəçevirdə  - YENİLƏNİB

Prezident İlham Əliyev Mingəçevirdə - YENİLƏNİB

24 iyun 2025 , 10:40
Prezident  İlham Əliyev Yevlax və Goranboyda -FOTOLENT

Prezident İlham Əliyev Yevlax və Goranboyda -FOTOLENT

23 iyun 2025 , 14:53
Qaxın icra başçısı işdən çıxarıldı

Qaxın icra başçısı işdən çıxarıldı

21 iyun 2025 , 15:14
Prezidentdən Şahin Mustafayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Şahin Mustafayevlə bağlı SƏRƏNCAM

12 iyun 2025 , 13:26
Prezident yeni hakimlər  təyin etdi

Prezident yeni hakimlər təyin etdi

3 iyun 2025 , 17:38
Prezident  Bakı Ekspo Mərkəzində rəsmi açılışda

Prezident Bakı Ekspo Mərkəzində rəsmi açılışda

2 iyun 2025 , 09:51