Vətən müharibəsi iştirakçıları TƏLTİF EDİLDİ
10 fevral 2022 17:15 (UTC +04:00)

Vətən müharibəsi iştirakçıları TƏLTİF EDİLDİ

Prezident İlham Əliyev Vətən müharibəsi iştirakçılarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Lent.az-ın xəbərinə görə, sərəncama əsasən Azərbaycanın 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə ön cəbhədə fədakarlıq göstərmiş mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, Azərbaycan Prezidentinin yaratdığı publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin əməkdaşları və mülki işçiləri “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif ediliblər.

2. Bu Sərəncamın 1-ci hissəsində göstərilən şəxsləri “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan Respublikasının Baş nazirinə verilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq, Vətən müharibəsi iştirakçılarının siyahısını aşağıdakılar nəzərə alınmaqla müəyyən etsin:

3.1.1. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adının verilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli 3088 nömrəli Sərəncamının 1-ci hissəsinə əsasən “Müharibə veteranı” adı verilmiş şəxslərin siyahısı;

3.1.2. əməkdaşları və mülki işçiləri ön cəbhədə fədakarlıq göstərmiş digər mərkəzi, habelə yerli icra hakimiyyəti orqanlarının, eləcə də Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin təqdim etdiyi məlumatlar;

3.2. bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5668

Oxşar yazılar

Dünya liderləri Xankəndidə - VİDEO  - YENİLƏNİB

Dünya liderləri Xankəndidə - VİDEO - YENİLƏNİB

4 iyul 2025 , 14:40
Prezident onlara general rütbəsi  verdi

Prezident onlara general rütbəsi verdi

25 iyun 2025 , 11:11
Prezident İlham Əliyev Mingəçevirdə  - YENİLƏNİB

Prezident İlham Əliyev Mingəçevirdə - YENİLƏNİB

24 iyun 2025 , 10:40
Prezident  İlham Əliyev Yevlax və Goranboyda -FOTOLENT

Prezident İlham Əliyev Yevlax və Goranboyda -FOTOLENT

23 iyun 2025 , 14:53
Qaxın icra başçısı işdən çıxarıldı

Qaxın icra başçısı işdən çıxarıldı

21 iyun 2025 , 15:14
Prezidentdən Şahin Mustafayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Şahin Mustafayevlə bağlı SƏRƏNCAM

12 iyun 2025 , 13:26
Prezident yeni hakimlər  təyin etdi

Prezident yeni hakimlər təyin etdi

3 iyun 2025 , 17:38
Prezident  Bakı Ekspo Mərkəzində rəsmi açılışda

Prezident Bakı Ekspo Mərkəzində rəsmi açılışda

2 iyun 2025 , 09:51