78 yaşlı kişinin iki dəfə  ürəyi dayandı:   Möcüzəvi şəkildə sağ qaldı
22 iyul 2025 19:59 (UTC +04:00)

78 yaşlı kişinin iki dəfə ürəyi dayandı: Möcüzəvi şəkildə sağ qaldı

İtaliyanın Viterbo vilayətinə bağlı Terkviniya kommunasının Marina Velka bölgəsində tibbi sahədə əsl sensasiya yaşanıb. 78 yaşlı, Liviyadan olan və uzun müddətdir İtaliyada yaşayan kişi, ürəyi iki dəfə dayandıqdan sonra möcüzəvi şəkildə həyata qayıdıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, hadisə dənizkənarı yaşayış zonasında, küçədə baş verib, kişi qəfil huşunu itirib və yerə yıxılıb.

Ürək tutması və iki klinik ölüm

Təcili tibbi yardım əməkdaşları hadisə yerinə çatan kimi xəstədə infarkt və ard-arda iki klinik ölüm halı qeydə alıblar. Ürək masajı və reanimasiya tədbirləri 30 dəqiqədən çox davam edib. Həkimlər vəziyyətin ciddiliyi səbəbilə hava yolu ilə təxliyə üçün helikopter çağırıblar.

Rəsmi olaraq ölü elan olundu, sonra dirildi

Lakin dəfələrlə ürəyin dayanmasına və uzun müddət reanimasiya cəhdlərinə baxmayaraq, həkimlər xəstənin həyatını xilas edə bilmədiklərini bildirərək onu ölü elan ediblər və helikopter çağırışını da ləğv ediblər. Ancaq təəccüb doğuran hadisə bir neçə dəqiqə sonra baş verib. Kişi birdən-birə nəfəs almağa başlayıb və həyata qayıdıb.

Tibb aləmində rezonans doğuran hadisə

Bu hadisə həm tibbi ictimaiyyətdə, həm də yerli sakinlər arasında böyük rezonans doğurub. Uzunmüddətli klinik ölüm hallarından sonra belə bir dirilmə müasir tibbdə olduqca nadir rast gəlinən hal sayılır. Hazırda həmin şəxs həkim nəzarətindədir, onun vəziyyəti stabildir və mütəxəssislər bu möcüzəvi sağalma prosesinin səbəblərini dərindən araşdırırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 666

Oxşar yazılar