Az adamın fərqinə vardığı qan xərçənginin  ilk əlamətləri
29 iyul 2025 17:38 (UTC +04:00)

Az adamın fərqinə vardığı qan xərçənginin ilk əlamətləri

Qan xərçəngi xərçəngin ən çox rast gəlinən beşinci növüdür.

Lent.az-ın xarici mediaya istinadən məlıumatına görə, hər il təxminən 41 min nəfərə bu diaqnoz qoyulur.

Qan xərçənginin üç əsas tipi var:

Leykoz (leukemiya)

Limfoma

Mieloma

Bu növlərin də öz daxilində müxtəlif formaları olur. Buna görə də simptomlar fərqli ola bilər, lakin bəzi ümumi əlamətlər mövcuddur.

Qan xərçənginin ən ümumi və gizli əlaməti

Bütün qan xərçəngi növlərində ortaq olan əsas əlamət, daimi yorğunluq hissidir.

Bu yorğunluq:

Yuxudan sonra belə keçmir

İnsanı həm fiziki, həm də zehni olaraq tükəndirir

Əksər hallarda qanazlığı (anemiya) ilə bağlıdır

Mieloma zamanı əlavə olaraq sümük ağrıları və ürəkbulanma müşahidə edilə bilər

Qan xərçənginin digər mümkün əlamətləri

Səbəbsiz çəki itkisi

Göyərmələr və ya qanaxmalar

Bədəndə şişkinliklər və düyünlər

Nəfəs darlığı

Güclü gecə tərləmələri

Təkrarlayan və davamlı infeksiyalar

Yüksək hərarət (38°C və yuxarı)

Səbəbsiz dəridə səpgilər və ya qaşıntılar

Sümük, oynaqlar və ya qarın ağrıları

Dərinin solğunlaşması

 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1072

Oxşar yazılar