Bu dərmanları qəbul edərkən qəhvə içməyin - XƏBƏRDARLIQ
17 oktyabr 2025 05:37 (UTC +04:00)

Bu dərmanları qəbul edərkən qəhvə içməyin - XƏBƏRDARLIQ

0

"Bəzi dərman qruplarının qəhvə ilə eyni vaxtda qəbul edilməsi təhlükəli ola bilər".

Lent.az xəbər verir ki, bu barədə britaniyalı əczaçı Dipa Kamdar bildirib.

Kamdar xəbərdarlıq edib ki, qəhvə və qrip əleyhinə dərmanların eyni zamanda qəbul edilməsi onların təsirini gücləndirə bilər ki, bu da narahatlıq, baş ağrısı, ürək döyüntüsünün artması, yuxusuzluq və araşdırmalara görə, qan şəkərinin səviyyəsinin artmasına səbəb ola bilər. Həmçinin astma əleyhinə dərmanları, eləcə də diqqət çatışmazlığı və hiperaktivlik sindromu dərmanlarını bu içki ilə eyni vaxtda qəbul etmək olmaz.

Bundan əlavə, mütəxəssisin sözlərinə görə, kofein qalxanvari vəzin problemlərini müalicə edən dərmanların mənimsənilməsinə mane olur. Ağrıkəsici dərmanlara gəldikdə isə, bu cür birləşmə mədə qıcıqlanmasına və hətta qanaxmaya səbəb ola bilər. Mütəxəssis qəhvə ilə ürək-damar sistemi üçün dərmanların, antidepressantların və antipsixotiklərin eyni zamanda qəbul edilməsinin tövsiyə olunmadığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 264

Oxşar yazılar