Bu qidalar və içkilər saç tökülməsinə  səbəb olur
03 oktyabr 2025 16:03 (UTC +04:00)

Bu qidalar və içkilər saç tökülməsinə səbəb olur

0

Mütəxəssislər həmçinin saçların sağlam qalması və tökülməməsi üçün əksinə hansı qidaların qəbul edilməsinin faydalı olduğunu da məsləhət görüblər.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, alkoqollu içkilər və şəkərli məhsullar saç tökülməsi riskini artırır. Yaşlanma deyil, əksinə gündəlik yeyib-içdiyiniz şeylər saçların nazilməsi və tökülməsinin səbəbi ola bilər.

Yeni tədqiqatlar göstərir ki, bəzi məhsullar saç tökülməsini sürətləndirir, digərləri isə əksinə, onların böyüməsinə kömək edir. Alkoqollu içkilər və şəkər miqdarı çox olan məhsullar saç tökülməsi riskini artırır. Alimlər bu mövzuda pəhriz və saçlarla bağlı 17 araşdırmanı təhlil ediblər.

“Biz çox miqdarda şəkər qəbul edəndə, insulin səviyyəsində sıçrayış baş verir ki, bu da iltihabı artırır və saçın təbii böyümə dövrlərini poza bilər”.

Alkoqollu içkilərin saç tökülməsinə birbaşa təsiri yoxdur. “Alkoqol saç tökülməsinin birbaşa səbəbi deyil, amma o, qida maddələrinin çatışmazlığına, onların mənimsənilməsində pozulmalara, qaraciyərə yük düşməsinə, pis yuxuya və sistemli iltihaba səbəb olur. Bunların hamısı saçların böyüməsinə mənfi təsir göstərə bilər”.

Bundan başqa, saç tökülməsi kifayət qədər zülal qəbul edilməməsi ilə də bağlı ola bilər. Akosta bildirib ki, insan gündə hər kiloqram çəkiyə yarım qram zülal qəbul etməlidir.

Saçların sağlamlığı və böyüməsinə faydalı məhsullara soya məhsulları (edamame, tofu), həmçinin brokkoli və kələm kimi xaççiçəkli tərəvəzlər daxildir. Bu qidalar saç tökülməsi riskini azalda bilər. Akosta həmçinin dəmir, sink və biotin (B7 vitamini) səviyyəsini yoxlamağı məsləhət görür, çünki onların çatışmazlığı saç tökülməsi və nazilməsinə səbəb ola bilər.

Böyüklər gündə 30 mikroqram biotin qəbul etməlidirlər. Biotin ət, yumurta, balıq, toxumlar, qoz-fındıq və şirin kartof kimi tərəvəzlərdə mövcuddur.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 336

Oxşar yazılar