COVID-19 peyvəndindən sonra qol ağrısının  SƏBƏBİ 
31 avqust 2021 17:59 (UTC +04:00)

COVID-19 peyvəndindən sonra qol ağrısının SƏBƏBİ 

COVID-19 əleyhinə peyvənd edildikdən sonra xoşagəlməz hisslərə və qol ağrısına iynənin yaratdığı mikrotravma səbəb ola bilər.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, bunu virusoloq Viktor Lariçen deyib. 

“Əvvəla, bu kiçik bir zədədir. Məhlulu oraya vurduqda toxumalar bir -birindən ayrılır və sıxılır”, - Larimev vurğulayıb. 

O həmçinin qeyd edib ki, peyvənddə bədənin əvvəlcə qəbul etmədiyi komponentlər var. Peyvənd, vurulan yerdə yüngül bir iltihaba səbəb olan enjekte edilmiş maddələrə reaksiyanın başlamasına səbəb olur.

Virusoloqun sözlərinə görə, peyvəndin ikinci dozasını aldıqdan sonra, əl daha az ağrıyır, çünki bədənin yenidən immunizasiyaya hazırlaşmağa vaxtı olur.

# 14622
avatar

Oxşar yazılar