əks göstəriş sertifikatı
29 noyabr 2021 20:20 (UTC +04:00)

əks göstəriş sertifikatı

Əks göstəriş sertifikatının müddətinin necə müəyyənləşdiriləcəyi məlum oldu

COVID-19-la bağlı əks göstəriş sertifikatının müddətinin hansı qaydada müəyyənləşdiriləcəyi açıqlanıb.

Lent.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiqləditi “COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması qaydası”nda əksini tapıb.

Qaydaya əsasən peyvəndləməyə əks göstərişi təsdiqləyən sertifikat Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin ambulator-poliklinik tibb müəssisələrinin peyvəndləmə prosesinə nəzarət komissiyaları tərəfindən göndərilən tibbi arayışlara baxılaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əsaslandırılmış rəyinə əsasən müəyyən edilmiş müddətə etibarlı olacaq.

# 2337
avatar

Oxşar yazılar