Hansı qidalar şişkinliyə səbəb olur?
24 aprel 2024 14:54 (UTC +04:00)

Hansı qidalar şişkinliyə səbəb olur?

Şişkinlik həmişə xoşagəlməz bir hal və narahatlıq yaradır.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, funksional şişkinliyin əsas səbəbi rasional qidalanma prinsiplərinə əməl edilməməsi, bağırsaqlarda bakteriyalar tərəfindən qıcqırdılan həzm olunmayan karbohidratlarla zəngin qidaların istehlakıdır.

Bağırsaq problemlərinə çox vaxt qazlı içkilər, şirələr və şirniyyatlar səbəb olur. Bu, onların tərkibində çox miqdarda şəkər olması ilə bağlıdır.

Bundan əlavə, un məhsulları şişkinliyə səbəb ola bilər: kruvasan, peçenye, piroq, çörək.

Həzm problemləri tez-tez noxud, lobya, mərcimək və digər paxlalı bitkilərdən də qaynaqlanır. Üzüm, alma və banan da şişkinliyə səbəb ola bilər.

Süd məhsulları ilə də diqqətli olmalısınız.

# 1752
avatar

Arzu Qurbanlı

Oxşar yazılar