Şirəli və faydalı böyürtkən orqanizmdəki iltihablarla mübarizədə sizin təbii yardımçınız ola bilər.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu giləmeyvəni müntəzəm olaraq qəbul etmək ürək-damar xəstəlikləri, şəkərli diabet və bəzi xərçəng növləri kimi xroniki xəstəliklərin yaranma riskini azaldır.
Böyürtkənin sağlamlığa faydaları
Dietoloq Keri Qlassman bildirib ki, böyürtkən C vitamini və liflə zəngindir. Bu maddələr ürək sağlamlığını dəstəkləyir və şəkərli diabet riskini azaldır. Bundan əlavə, böyürtkən tərkibindəki antosianinlər və flavonoidlər sayəsində bədəndəki iltihab reaksiyalarını azalda bilir. Antosianinlərlə zəngin məhsulların istehlakı, ürək sağlamlığı ilə sıx əlaqələndirilir və xroniki xəstəliklərin riskini azaltmağa kömək edir.
İltihaba səbəb olan amillər
Ətraf mühit faktorları, o cümlədən trans yağlar və çoxlu duz ehtiva edən qidalar, bədəndə xroniki iltihabın yaranmasına səbəb ola bilər. 2020-ci ildə Amerika Kardiologiya Kollecinin jurnalında dərc olunan araşdırmaya əsasən, iltihab yaradan qidaları tez-tez qəbul edən insanlarda:
Ürək xəstəlikləri riski 46%, insult riski isə 28% daha yüksək olmuşdur. Əvəzində, böyürtkən kimi antiinflamator xüsusiyyətlərə malik məhsulları qəbul edənlərdə bu risklər daha aşağı olmuşdur.
Böyürtkəni necə qəbul etməli?
Böyürtkəni asanlıqla bu qidalara əlavə edə bilərsiniz:
Yoğurt
Salat
Yulaf sıyığı
Sevdiyiniz smuzi
Böyürtkənin mövsümü çox qısadır, ona görə də qış üçün ehtiyatlamaq tövsiyə olunur.
Qış üçün böyürtkəni necə saxlamaq olar?
1. Donduraraq saxlamaq (ən sadə və faydalı üsul):
Giləmeyvələri soyuq su ilə yuyun, süzüb ya dəsmalla qurudun.
Tək qat halında soba listinə və ya taxtaya düzün ki, bir-birinə yapışmasın.
3–4 saat dondurucuda saxlayın.
Sonra hava keçirməyən paket və ya konteynerlərə yerləşdirin.
Dondurucuda 10–12 ayadək saxlamaq mümkündür.
Üstünlükləri
Vitaminlərin 90%-ə qədəri qorunur
Smozi, bişirmə, sıyıq və mürəbbələr üçün əlverişlidir
2. Qurudaraq saxlamaq
Dərilərini 50–60°C temperaturda, sobanın qapısı açıq şəkildə və ya elektrik quruducusunda qurudun
Quruma prosesi 10–15 saat çəkə bilər
Tam quruduqdan sonra şüşə bankalarda saxlayın
Nəticə
Böyürtkən təbii antiinflamator və antioksidant təsiri ilə sağlamlığınız üçün olduqca faydalıdır. İmmuniteti gücləndirir, ürək və qan damarlarını qoruyur, diabet və xərçəng riskini azaldır. Mövsümündə onu toplamaq və düzgün şəkildə saxlamaqla qışda da bu faydalardan yararlana bilərsiniz.