İsti havada duş qəbulu zamanı  edilən əsas səhvlər
21 iyul 2025 09:36 (UTC +04:00)

İsti havada duş qəbulu zamanı edilən əsas səhvlər

İsti yay günlərində insanların çoxu sərinləmək üçün soyuq duş arzulayır. Ancaq bu geniş yayılmış vərdiş düşündüyünüz qədər faydalı deyil.

Lent.az xarici mediaya istinadla bildirir ki, buz kimi soyuq su ilə duş bədəni sərinləşdirmir - əksinə, bədənin soyumasına mane ola bilər. 

Niyə soyuq su əslində sərinlik vermir

Günəş altında qaldıqdan sonra bir çox insan sərinləmək üçün dərhal soyuq duş qəbul edir. Amma bu yalnız müvəqqəti rahatlıq verir. Soyuq su dərinin səthindəki qan damarlarını daraldır, nəticədə bədən istiliyi xaricə vermək əvəzinə daxilində saxlayır.

Professor Teylor izah edir: “Dəri soyuduqda qan damarları daralır və qan daxili orqanlara yönəlir ki, orada istilik qorunsun. Nəticədə bədən öz istiliyini verə bilmir və əslində daha çox qızır".

Bədən aldadılır və soyuma prosesi dayanır

Normalda bədən həddindən artıq istilik zamanı damarları genişləndirərək istiliyi dəridən çölə buraxır - bu, təbii soyuma mexanizmidir.

Soyuq duş isə bunun tam əksini yaradır: damarlar daralır, istilik bədəndə qalır və insan tezliklə yenidən qızır.

Sürətli soyuma - ürəyə risk

Xüsusilə ürək-damar xəstəlikləri olan insanlar ehtiyatlı olmalıdır. 15°C-dən aşağı suda duş qəbul etmək “soyuq şok” yarada bilər – damarlar ani olaraq daralır, qan təzyiqi yüksəlir. Bu isə ürək xəstələri üçün ciddi təhlükə yarada bilər. Hərçənd ev şəraitində belə hallar az olur, bədəni zəif olanlar və ya xroniki xəstəliyi olanlara buzlu su ilə duş tövsiyə edilmir.

Yayda ən faydalı duş necə olmalıdır?

Nə çox isti, nə də çox soyuq - ən idealı 26–27°C temperaturda ilıq və ya azca sərin su ilə duş qəbul etməkdir. Bu cür su bədənə təbii şəkildə öz istiliyini tənzimləməyə kömək edir və kəskin damar reaksiyalarının qarşısını alır. Gigiyena baxımından da soyuq su uyğun deyil.

Soyuq su dərinin təmizlənməsində o qədər də təsirli deyil. İlıq su isə dəri piylərini yaxşıca həll edir, bakteriyaları məhv edir, gözenekləri açır və akne, qara nöqtə və pis qoxuların qarşısını alır.

Nəticə

Buzlu duş yay üçün doğru seçim deyil. Əgər həm sərinləmək, həm də sağlam qalmaq istəyirsinizsə, mütləq ilıq suya üstünlük verin - bu, həm bədənin temperaturunu tənzimləyəcək, həm də gigiyenik təmizlik təmin edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 933

Oxşar yazılar