Koronavirus peyvəndinin tətbiq qaydaları açıqlandı
19 yanvar 2021 13:48 (UTC +04:00)

Koronavirus peyvəndinin tətbiq qaydaları açıqlandı

Türkiyənin Səhiyyə Nazirliyi koronavirus peyvəndinin tətbiqi üçün əməl edilməli olan 15 qaydanı açıqlayıb.

Pandemiyanın sona çatması üçün bir çox tədbirlərə əməl edən Türkiyədə koronavirusa qarşı peyvəndləmə də başlayıb.

Lent.az Türkiyə mətbuatına istinadən bildirir ki, dünyanın bir çox ölkəsindən daha sürətli irəliləyən peyvəndləmə prosesində qarışıqlığın qarşısını almaq üçün Səhiyyə Nazirliyindən yeni bir açıqlama verilib.

Həmin qaydaları təqdim edirik:

1. Əsasən sağ əl istifadə olunduğu üçün peyvəndləmə sol qolda ediləcək.

2. Quduz və tetanus peyvəndləri kimi yoluxmadan sonra zaman aralığı qoymadan tətbiq oluna bilər.

3. COVID-19 peyvəndi ilə digər peyvəndlər arasında, peyvəndləmədən əvvəl və sonra ən azı 4 həftə ara verilməlidir.

4. Peyvənd, şəxs oturduğu zaman tətbiq olunacaq. Peyvənddən sonra insan 15 dəqiqə səhiyyə müəssisəsində gözləyəcək.

5. Peyvənd xəstəliyi keçirən və ya peyvənd tətbiqindən 10 gün əvvəl təsdiqlənmiş COVID-19 yoluxması olan insanla təması olanlara vurulmayacaq.

6. Hamiləlik dövründə COVID-19 peyvəndinin tətbiqi barədə məlumat yoxdur. COVID-19 xəstəliyinə tutulma riski yüksək olan hamilə qadınlar öz istəklərinə görə peyvəndlənə bilərlər. Amma hamiləliyin ilk üç ayında tətbiq edilməməsi məsləhətdir.

7. Süd verən analar üçün “CoronaVac” peyvəndinin tətbiqi barədə məlumat yoxdur. Xəstəliyə tutulma riski yüksək olan bu analara, onların istəyi ilə peyvənd tətbiq oluna bilər.

8. İnfeksiya və ya nəzarətsiz epilepsiya kimi peyvəndlə şiddətlənə bilən, nevroloji xəstəliklər diaqnozu qoyulanlara onların həkimləri tərəfindən qiymətləndirilmədən asılı olaraq peyvəndləmə qərarı veriləcək.

9. Birinci pandemiya peyvəndindən sonra anafilaksi (həyati təhlükəli allergik reaksiya) varsa, ikinci doza tətbiq olunmayacaq.

10. 38 dərəcə və daha yüksək hərarətli, hələ diaqnoz qoyulmamış kəskin xəstəlikləri olanlarda peyvənd təxirə salınacaq.

11. Peyvənd günəş işığına və şaxtaya həssasdır. Buna görə +2 və +8 dərəcədə saxlanacaq.

12. Peyvənd tətbiq edildikdən sonra şəxs “VACCINE” mobil tətbiqetməsində qeydiyyata alınacaq və növbəti görüş tarixi barədə məlumat veriləcək.

13. İki peyvənd tətbiqi arasında otaq havalandırılacaq. Günün sonunda yenidən nəzarət aparılaraq otaq dezinfeksiya ediləcək.

14. Peyvənd tətbiqindən sonra yorğunluq, baş ağrısı, şiddətli lokal reaksiya, 38 dərəcədən yuxarı hərarət, ishal, qusma, xüsusilə peyvənddən sonrakı ilk 12 saatda kəskin allergik reaksiya, anafilaksi, dad, qoxu itkisi, üz iflici kimi yan təsirlər dərhal hiss olunacaqdır.

15. Qanaxma pozğunluğu olanlarda intramüsküler inyeksiya qanaxmaya səbəb ola bilər.

 

 

# 2391
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar

Sürətli arıqlamaq üçün iki sağlam inqrediyentdən hazırlanan YAĞ YANDIRICI İÇKİ

Sürətli arıqlamaq üçün iki sağlam inqrediyentdən hazırlanan YAĞ YANDIRICI İÇKİ

18 may 2024 , 13:30
yağ

Bu yağlar qanda laxtalanma riskini artırır

18 may 2024 , 10:12
Elektron siqaret çəkmək  hansı xəstəliklərə   səbəb olur?

Elektron siqaret çəkmək hansı xəstəliklərə səbəb olur?

17 may 2024 , 19:17
Banan yeməyin  faydaları və zərərləri

Banan yeməyin faydaları və zərərləri

17 may 2024 , 16:42
Qaraciyəri  təmizləyən   qidaların SİYAHISI

Qaraciyəri təmizləyən qidaların SİYAHISI

17 may 2024 , 15:47
Şəkərli diabet

Bu vərdiş diabet riskini azaldır

17 may 2024 , 11:36
Qarın piylərindən  qurtulmağın yolu

Qarın piylərindən qurtulmağın yolu

17 may 2024 , 11:14
yuxusuzluq

Niyə yuxuya ehtiyacımız var? - Alimlər AÇIQLADI

17 may 2024 , 10:30