Pis və bölünmüş yuxu yaddaş itkisinə  səbəb ola bilər
03 avqust 2025 04:34 (UTC +04:00)

Pis və bölünmüş yuxu yaddaş itkisinə səbəb ola bilər

Toronto Universiteti alimlərinin yeni araşdırması yuxu parçalanmasının beyin damarlarında hüceyrə səviyyəsində zədələnməyə səbəb olduğunu ortaya qoyub. Bu tapıntılar yuxu pozuntularının idrak qabiliyyətinin azalması və demensiya ilə əlaqəsini göstərən sübutlara mühüm töhfə verir.

APA xəbər verir ki, “Brain” jurnalında dərc edilən tədqiqat parçalanmış yuxunun beyin qan damarlarına və qan dövranına birbaşa təsirini göstərən ilk hüceyrə səviyyəli sübutları təqdim edir. Araşdırmanın əsas məqsədi yuxu keyfiyyəti ilə beyin-damar sağlamlığı arasında mexanizmik əlaqəni aydınlaşdırmaq olub.

Toronto Universitetinin dosenti Andryu Lim qeyd edir: “Biz müəyyən etdik ki, daha çox parçalanmış yuxuya sahib olan fərdlərdə, xüsusilə narahat yatmaq və gecələr tez-tez oyanmaq hallarının müşahidə edildiyi şəxslərdə beyin qan damarlarının fəaliyyətində mühüm rol oynayan perisit hüceyrələrinin tarazlığında pozuntular baş verir. Bu dəyişikliklər növbəti onillikdə idrak qabiliyyətinin daha sürətli azalması ilə nəticələnir.

Araşdırmada 600-dən çox yaşlı yetkin iştirak edib. Tədqiqatçılar iştirakçıların yuxu keyfiyyətini ölçmək üçün biləyə taxılan ağıllı cihazlardan istifadə edib, beyindəki perisit səviyyələrini isə gen ardıcıllığı texnologiyası vasitəsilə təhlil ediblər. İştirakçılar vəfat etdikdən sonra beyin toxumaları analiz üçün bağışlanıb.

A.Lim əlavə edir: “Əvvəlki tədqiqatlardan bilirik ki, bəzi insanlarda yuxu pozuntuları demensiya simptomlarından illərlə əvvəl müşahidə edilə bilər. Bu tədqiqat yuxu pozğunluqları ilə Alsheymer xəstəliyi arasında ikitərəfli əlaqəni gücləndirən sübutlar təqdim edir. Lakin indiyə qədər bu əlaqənin arxasında duran bioloji mexanizmlər barədə dəqiq sübutlarımız yox idi”.

Tədqiqatın əsas nəticələri aşağıdakılarılardır:

•Parçalanmış yuxu beyin damarlarının zədələnməsində mühüm amil ola bilər.

•Perisitlər bu zədələnməyə vasitəçilik edən əsas hüceyrələrdən biri ola bilər.

•Narahat yuxunun qarşısının alınması beyin və damar sağlamlığını qorumaq üçün effektiv müdaxilə strategiyası ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 286

Oxşar yazılar