Qan qrupu ilə  təhlükəli xəstəliklər arasındakı   əlaqə
01 oktyabr 2025 17:51 (UTC +04:00)

Qan qrupu ilə təhlükəli xəstəliklər arasındakı əlaqə

0

Qan qrupu ilə təhlükəli xəstəliklər arasındakı əlaqəni alimlər müəyyən ediblər. Qan qrupu insanın müəyyən xəstəliklərə meyilli olub-olmadığını göstərə bilər. Lakin alimlərin xatırlatdığına görə, bu, həlledici amil deyil.

İsveçli tədqiqatçılar insanın qan qrupu ilə bəzi təhlükəli xəstəliklər arasında davamlı əlaqə aşkar ediblər. Beş milyondan çox pasiyenti əhatə edən genişmiqyaslı araşdırmada müəyyən olunub ki, müxtəlif qan qrupları qan laxtalanma sürətinə və bir sıra patologiyalara fərqli dərəcədə təsir göstərir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, birinci qrupun daşıyıcılarında laxtalanma proseslərində pozuntular qeydə alınıb ki, bu da qanaxma ehtimalını artırır. İkinci qrup qanı olan insanlar isə daha çox trombozdan əziyyət çəkiblər. Tromboz çox təhlükəli vəziyyət sayılır və qəfil ölümə səbəb ola bilər.

Üçüncü qrup qanı olanlarda tromb əmələ gəlməsi halları daha az müşahidə olunur, lakin digər qruplarla müqayisədə böyrəklərdə daş əmələ gəlməsinə daha az meyillilik göstərilib. ABŞ-da aparılan tədqiqatlar da maraqlı nəticələr verib. Məlum olub ki, ikinci qrup qanı olan insanlar alkoqol asılılığına daha çox meyllidirlər. Birinci qrup qanı olanlarda isə spirtli içkilərdən sui-istifadə riski minimal olub.

Alimlər həmçinin ikinci qrup qanı ilə mədə xərçəngi inkişafı arasında əlaqə müəyyən ediblər. Bu xəstələrdə selikli qişanın xroniki iltihab proseslərinə daha həssas olduğu və zamanla bədxassəli dəyişikliklərə səbəb ola biləcəyi güman edilir.

Birinci qrup qanı olan insanlar infeksiyalar zamanı daha güclü immun cavabı nümayiş etdirirlər, lakin onlarda mədə xorası riski də daha yüksəkdir.

Ən nadir sayılan dördüncü qan qrupu isə bəzi hallarda yaşlılıq dövründə yaddaş pozuntuları ilə əlaqələndirilir, lakin araşdırmalar hələ davam edir.

Bəzi genetika mütəxəssisləri hesab edirlər ki, qan qrupu müəyyən qidaların qəbuluna dözümlülüyə də təsir edə bilər. Məsələn, birinci qrup qanı olan insanlara ət məhsulları daha çox uyğun gəlir, ikinci qrup qanı olanlara isə bitki mənşəli qidalar daha münasib sayılır.

Beləliklə, qan qrupu yalnız qan köçürülməsi üçün tibbi göstərici deyil, həm də insanın müxtəlif xəstəliklərə meyilliliyini və maddələr mübadiləsinin xüsusiyyətlərini açıqlaya bilən mühüm bioloji göstəricidir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 293

Oxşar yazılar