Sağlamlığın və gözəlliyin daha bir sirri açıldı
19 avqust 2025 16:23 (UTC +04:00)

Sağlamlığın və gözəlliyin daha bir sirri açıldı

Sınanmış və müxtəlif xəstəliklərin müalicəsində istifadə edilən təsirli üsullardan bəziləri həm də sizi gözəlləşdirir. 

Lent.az xəbər verir ki, sağlıq üçün səhər-səhər acqarına bir piyalə bal şərbəti içmək məsləhətdir. 

Tərlədikdə ayaqdan pis  qoxu gələrsə, yarpız, yovşan,  sarıçiçək bitkiləri atılmış qaynanmış sudan istifadə edin. 

Oynaq ağrılarından əziyyət çəkənlər yarpız çayı dəmləyib içsələr yaxşı olar. 

Boğaz ağrıları zamanı alçadan hazırlanmış lavaşı boyunun üstandən boğazın üstünə qoyub yaylıqla sarıyın, bir neçə gün saxlayın, az bir vaxtda boğaz ağrıları çəkilir. 

Əgər diliniz sağ tərəfdən ağrıyırsa, sol tərəfə sarımsağı soyub, ikiyə kəsib bağlayın. Bir neçə dəqiqədən sonra ağrı kəsəcək. 

Başınız ağrıyanda gicgah nahiyəsinə limon qabığı qoyub bağlayın. Soyulmuş tərəfi gicgahın dərisinə toxunsun. Bir müddətdən sonra qabıq bağlanan yerin altında qırmızı qaşınan ləkə əmələ gələcək və  baş ağrısı kəsəcək. 

Uzun müddət davam edən  güclü öskürəyi kəsmək üçün bir neçə ədəd turpu  çox narın doğrayıb üzərinə şəkər tozu səpin. 10-12 saatdan sonra onun şirəsi çıxacaq. Həmin şirəni hər saatdan bir xörək qaşığı ilə için. Tezliklə xeyrini görəcəksiniz. 

Kərənti bıçaq yarasının üstünə zəncirotu, yaxud qara yoncanı döyüb qoyanda yara tezliklə sağalar. 

Gülxətmi ayağı açılmayan və  qəbizlikdən əziyyət çəkənlərə dəmlənib verilərsə, tezliklə problem aradan qaldırılar.  

Gülxətmini qaynar suda dəmləyib əlinizlə əzib xəşil halına salandan sonra istiliyi, qızdırması olan bədənə çəksəniz istilik düşəcək. 

Gülxətminin kökünü bişirmə şəklində hazırlayıb ağzı qarqara edəndə diş ağrısı sakitləşir. 

Sətəlcəmi müalicə etmək üçün köhnə mal sümüyünü suda qaynadıb onun buxarı ilə nəfəs alsanız, xeyrini görərsiniz. 

Boğaz şişini çəkmək üçün kələmi qaynar suda bir az qaynadıb şişin üstünə qoysanız, şiş çəkilər.

Gəvən bitkisinin gülünü qaynadıb , öskürən adama içirtsəniz öskürək kəsəcək. 

Bat-bat bitkisinin qurumuş toxumlarını yandırıb tüstüsünü qanaxması olan qadına versəniz,  qanaxma dayanar. 

Süddüyan bitkisinin südündən bir üskük götürüb, bir stəkan suya qatıb qəbizliyi olan xəstəyə verdikdə tezliklə bağırsaqlar yumşalar qəbizlik aradan qalxar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 422

Oxşar yazılar