Səhər bu qidanı  yeməyin, yoxsa...
06 may 2024 18:52 (UTC +04:00)

Səhər bu qidanı yeməyin, yoxsa...

Səhər yeməyində karbohidratlar yemək qan şəkərinin səviyyəsinə və əhvalınıza mənfi təsir göstərir. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yeməyində karbohidratlar yemək qan şəkərinin səviyyəsinə, əhval-ruhiyyəyə və gün ərzində enerjiyə mənfi təsir göstərə bilər. 

Səhər yeməyində karbohidrat qəbul etmək nələrə səbəb olur?

Artan glisemik reaksiya

Karbohidratları istehlak etdikdən sonra qanda qlükoza səviyyəsi əhəmiyyətli dərəcədə arta bilər, bu da endokrin sistemə və mədəaltı vəziyə mənfi təsir göstərir.

İnsulin həssaslığının azalması

Karbohidrat yemək qan şəkərinin səviyyəsinin yüksəlməsinə və insulinin ifraz olunmasına səbəb olur. Səhər yeməyində davamlı olaraq karbohidrat istehlak etmək insulinə həssaslığı azalda bilər ki, bu da yağların yığılmasına səbəb ola bilər.

Leptinə qarşı həssaslığı azaldır

Karbohidratlı səhər yeməyi toxluq hormonu olan leptinə qarşı həssaslığı azaldır, bu da insanı həddindən artıq yeməyə meyilli edir.

Disbakterioz inkişaf edir

Karbohidratları acqarına yemək bağırsaq mikrobiotasının tarazlığını poza bilər, bu da balansın pozulmasına və şişkinlik və bağırsaq disfunksiyası kimi simptomların inkişafına səbəb olur.

Karbohidratlı səhər yeməyini necə əvəz etmək olar?

Dietoloqlar tərəvəz, meyvə və qoz-fındıq kimi zülal, vitamin və mikroelementlərlə zəngin qidalar qəbul etməyi məsləhət görürlər. Bu qidalar gününüzə başlamaq və uzun müddət tox saxlamaq üçün kifayət qədər enerji verir.

# 2478
avatar

Arzu Qurbanlı

Oxşar yazılar

Sürətli arıqlamaq üçün iki sağlam inqrediyentdən hazırlanan YAĞ YANDIRICI İÇKİ

Sürətli arıqlamaq üçün iki sağlam inqrediyentdən hazırlanan YAĞ YANDIRICI İÇKİ

18 may 2024 , 13:30
yağ

Bu yağlar qanda laxtalanma riskini artırır

18 may 2024 , 10:12
Elektron siqaret çəkmək  hansı xəstəliklərə   səbəb olur?

Elektron siqaret çəkmək hansı xəstəliklərə səbəb olur?

17 may 2024 , 19:17
Banan yeməyin  faydaları və zərərləri

Banan yeməyin faydaları və zərərləri

17 may 2024 , 16:42
Qaraciyəri  təmizləyən   qidaların SİYAHISI

Qaraciyəri təmizləyən qidaların SİYAHISI

17 may 2024 , 15:47
Şəkərli diabet

Bu vərdiş diabet riskini azaldır

17 may 2024 , 11:36
Qarın piylərindən  qurtulmağın yolu

Qarın piylərindən qurtulmağın yolu

17 may 2024 , 11:14
yuxusuzluq

Niyə yuxuya ehtiyacımız var? - Alimlər AÇIQLADI

17 may 2024 , 10:30