Şok edən  yeni tədqiqatlar – səhər yeməyi arıqlamaya təsir edirmiş
05 avqust 2025 14:41 (UTC +04:00)

Şok edən yeni tədqiqatlar – səhər yeməyi arıqlamaya təsir edirmiş

Dietoloqlar günün ilk qidasının bütün üstünlüklərini açıqlayıblar. Yeni elmi araşdırmalar göstərir ki, qida qəbulunun zamanı – xüsusilə də arıqlama kontekstində – mühüm rol oynayır. Günün əvvəlində yemək, gündəlik qəbul edilən kalori miqdarı dəyişməsə belə, çəki itkisində müsbət rol oynayır.

Lent.az bununla bağlı məlumatları təqdim edir:

Günün erkən saatlarında qida qəbulu bədənin sirkadiyal ritmi – yəni daxili bioloji saatı ilə uyğundur. Bu saatlar yuxu, oyanıqlıq dövrlərini, hormonların ifrazını və maddələr mübadiləsini tənzimləyir. Başqa sözlə, bədənimiz səhər saatlarında qidanı daha effektiv həzm edir və kalorini daha yaxşı yandırır. Bu, əslində məntiqlidir: yemək gün ərzində enerji verir – aktiv olduğunuz vaxtda, yuxuda olduğunuz gecə saatlarında yox. Elmi tədqiqatlar göstərir ki, gec saatlarda qidalanma çəki artımı və xroniki xəstəliklərin, o cümlədən şəkərli diabetin yaranması riski ilə əlaqələndirilir.

Bəs səhər yeməyini nə vaxt yeməli?
Bu suala universal cavab yoxdur, çünki hər şey şəxsi rejimdən asılıdır. Amma səhər saatlarında qidalanma həqiqətən də faydalıdır – çünki araşdırmalar göstərir ki, səhər yeməyi ilə arıqlama arasında müsbət əlaqə var. Mütəxəssislər tövsiyə edir: səhər yeməyinə başlamazdan əvvəl son qida qəbulundan azı 12 saat keçməlidir. Bu, bədən üçün gecə orucu effekti yaradır və maddələr mübadiləsi üçün faydalıdır.

Məsələn:
Əgər axşam yeməyinizi saat 19:00-da yemisinizsə, səhər yeməyinizi saat 07:00 və ya daha sonra qəbul etməyiniz tövsiyə olunur.

Səhər yeməyinin vaxtı təsadüfi olmamalıdır. Bu, bədəninizin ritmlərinə uyğunluq, maddələr mübadiləsinin aktivliyi və sağlam çəki itkisinin açarı ola bilər.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 346

Oxşar yazılar