ŞOK : Göz damcıları istifadə edən qadının gözünü çıxartdılar
28 mart 2023 14:59 (UTC +04:00)

ŞOK: Göz damcıları istifadə edən qadının gözünü çıxartdılar

ABŞ-ın Florida ştatının Miramar şəhərinin sakini yeni çıxan göz damcılarından istifadə etməyə başladıqdan sonra gözünü itirib.

Lent.az bildirir ki, bu barədə Miami Herald nəşri xəbər verir.

Belə ki, 68 yaşlı Klara Oliviyanın 30 il ərzində kontakt linzalar istifadə etdiyinə görə, gözlərində quruma baş verib. O, sığorta şirkəti vasitəsilə aldığı göz damcılarının köməyi ilə bu problemin öhdəsindən gəlib. 2022-ci ilin may ayında isə o, başqa markanın damcılarından istifadə etməyə başlayıb.

Klara Oliviya

Üç ay sonra Oliviyanın sağ gözü çox qızarıb və şişir. Qadın xəstəxanaya gedəndə şok olur. Oftalmoloqlar onun buynuz qişasında cızıq aşkar edirlər. Bir neçə gün sonra həkimlər xəstəni müayinə edib periferik xoralı keratit diaqnozu qoyublar. Müalicə isə kömək etmirdi. Əlavə testlər edəndə isə məlum olur ki, onda həm də göbələk infeksiyası var.

Həkimlər buynuz qişanın transplantasiyasına qərar veriblər, lakin şiddətli iltihab səbəbindən əməliyyat dayandırılmalı olub. Növbəti bir neçə gün ərzində həkimlər qadının vəziyyətini izləyib və konsensusa gəliblər: infeksiyanın yayılması səbəbindən gözləri çıxarmaq lazım olub. İnfeksiyanın ilk əlamətlərinin başlamasından bir ay sonra Oliviyanın göz bəbəyi çıxarılıb.

Qadın göz damcısı istehsalçısını məhkəməyə verib. "Qalan sol gözündə görmənin də kəskin azaldığını nəzərə alsaq, Olivia indi qanuni olaraq kordur" dedi iddiada. Bundan sonra brendin dərman məhlullarının bütün partiyaları satışdan çıxarılıb.

# 1158
avatar

Cavidan HUN

Oxşar yazılar