Təhlükəli infeksiya  aşkar edildi: yoluxanlar üçün ölümcüldür
02 avqust 2025 09:54 (UTC +04:00)

Təhlükəli infeksiya aşkar edildi: yoluxanlar üçün ölümcüldür

Xəstəlik yoluxanların təxminən üçdə birində ölümcül olur.

Avropanın iki ölkəsində yoluxucu xəstəlik olan Krım-Konqo hemorragik qızdırması qeydə alınıb.

Lent.az-ın məlumatına görə, Britaniyanın “Express” qəzeti yazır ki, epidemiya barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi tərəfindən dəstəklənən UK Travel Health Pro veb-saytında açıqlanıb.

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi Yunanıstanda gözlənilməz xəstəlik hallarının 2008-ci ildən bəri ilk dəfə Fessaliya bölgəsində aşkar edildiyini bildirib.

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzindən bildiriblər: "İlkin hadisə, ehtimal ki, gənə dişləməsi ilə bağlı olub, ikincil hal isə, ilkin xəstəyə qulluq göstərən tibb işçisi olub, baxmayaraq ki, infeksiyanın dəqiq yolu hələ də araşdırılır".

Təşkilatın hesabatında qeyd edilir ki, İspaniyada, xüsusən də ölkənin şimal-qərbindəki Salamankada da infeksiyaya yoluxma hallar var.

Qeyd edilir ki, bu xəstəlik yoluxanların təxminən üçdə birində ölümcül nəticələrə gətirib çıxarır. İnfeksiyanın digər Avropa ölkələrinə də keçməsi mümkündür.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 538

Oxşar yazılar