Yaponiyada əvvəllər bilinməyən bir infeksiyanın səbəb olduğu xəstəlik aşkar edilib.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, mütəxəssislərin müəyyən etdikləri Yezo adlı yeni bir virus gənə dişləməsi ilə ötürülür.
2014-cü ildə Yaponiyada naməlum bir patogenlə yoluxmanın ilk halları qeydə alınıb.
2020-ci ilə qədər oxşar əlamətləri olan yeddi xəstə qeydə alınıb. Xəstəliyin gedişi qızdırma ilə xarakterizə olunurdu və xəstələrin qanında lökosit və trombositlərin sayı azalırdı.
Yaponiyalı tədqiqatçılar virusu iki xəstənin qan nümunələrindən təcrid ediblər ki, bu da patogenin genetik analizinə imkan verib.
Elm adamları, yoluxmuşların qanında Orthonairovirus cinsindən əvvəllər bilinməyən bir patogenin olduğunu aşkar ediblər. Bu növə Krım-Konqo hemorragik qızdırma virusu da daxildir.