Yumurta göz sağlamlığı üçün yerkökündən daha faydalıdır.
Lent.az xarici mediaya istinadla bildirir ki, yumurta bir neçə göz üçün faydalı maddənin mənbəyidir. Yumurtada B2 vitamini çoxdur – bu vitamin göz büllurunun şəffaflığını qorumaq üçün vacibdir. Həmçinin tərkibində çoxlu sink var ki, bu da gözün tor qişası üçün faydalıdır.
Həftədə azı bir dəfə sardina, ton balığı və ya digər yağlı balıqlar yemək tövsiyyə olunur. Bu balıqların tərkibində dokozageksaenoik turşu (DHA) olur – bu da göz sağlamlığı üçün əsas qida maddələrindən biridir.