Yuxuda  arıqlamağın   YOLLARI
21 iyul 2023 13:48 (UTC +04:00)

Yuxuda arıqlamağın YOLLARI

Dietoloq Yelena Znaxarenko yuxuda arıqlamağın yollarını açıqlayıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, dietoloqun fikrincə, düzgün seçilmiş bir yemək yuxuda arıqlamağa kömək edəcək. 

Onun sözlərinə görə, axşam saatlarında yeməkdən imtina etmək mümkün deyil:

“Buna səbəb insan aclıqdan əziyyət çəkəndə orqanizmin istehsal edəcəyi stress hormonu olan kortizoldadır. Buna görə də, nahar yeməyi mütləq yeyilməlidir.

Yatmazdan əvvəl bədəni yükləməməyi və asan həzm olunan qidalar yemək lazımdır. Buxarda bişmiş tərəvəzlər , yağsız balıqlar, yumurta kimi qidaların istehlakı daha məsləhətlidir. Axşam yeməyi üçün ən yaxşı vaxt saat 5-7 arasıdır”.

# 1809
avatar

Arzu Qurbanlı

Oxşar yazılar