İctimai Palata Koordinasiya Şurasının növbəti toplantısı olub
Bu gün İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) növbəti toplantısı keçirilib. Şuradan APA-ya verilən məlumata görə, tədbirdə İctimai Palatada (İP) islahatların həyata keçirilməsi ilə bağlı təkliflər və layihələr müzakirəyə çıxarılıb.
Qərarların icrası ilə bağlı İP KŞ üzvləri Vidadi Mirkamal, İsa Qəmbər, Əli Kərimli, Zəfər Quliyev, Köçəri Nağıbəyli, İlqar İbrahimoğlu, Mirvari Qəhrəmanlı və başqaları danışıblar.
Müsavat başqanı İsa Qəmbər sonuncu Avropa səfəri və Avropa təsisatlarının Azərbaycana getdikcə artan diqqəti haqqında məlumat verib. İP-in təşkilatçılığı ilə keçirilən son ictimai dinləmə və hüquqşünasların hazırladığı “Seçki islahatları memorandumu” haqqında xüsusi qərar verilib.
KŞ qərara alıb ki, memorandumda İP-in ictimai dinləmələri zamanı irəli sürülən təkliflər və qeydlər nəzərə alınsın, sənədin son redaktəsindən sonra onun imzalanması prosesi həyata keçirilsin. İlin sonuna qədər isə ölkənin demokratik düşərgəsini funksional əməkdaşlıq faktoru ilə birləşdirmək hədəfi götürən bu sənədin təqdimatı keçirilsin.
Daha sonra İP-də islahatlarla bağlı müzakirələr keçirilib. Qərara alınıb ki, növbəti iclasda bir daha bu mövzuya qayıdılsın. İclasda Nigar Yaqublunun məhkəməsi və onun çoxsaylı müraciətlərə baxmayaraq, yenidən həbsdə saxlanması da müzakirə edilib. AXCP sədrinin qaynı, “Texnikabank”ın Yasamal filialının sabiq müdir müavini Elnur Seyidovun həbs müddətinin 3 ay uzadılması isə İP KŞ tərəfindən pislənib və qərara alınıb ki, bu barədə xüsusi bəyanatla çıxış edilsin.
Müzakirələr zamanı Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobianın son bəyanatına da toxunulub: “Roland Kobianın bu mövqeyi təəccüb doğurur və Avropa Birliyinin dəyərləri, bu qurumun Azərbaycanla bağlı yanaşması ilə üst-üstə düşmür”.
Toplantıda 10 dekabr aksiyası da müzakirə edilib. Qərara alınıb ki, aksiyaya hazırlıq gücləndirilsin və aksiyada KŞ üzvlərinin də iştirakı təmin edilsin.

Oxşar yazılar

Azərbaycanda İran əsilli məhbuslarla pis rəftar edilməsi iddialarının heç bir əsası yoxdur - RƏSMİ
4 avqust 2025 , 18:22
Putinin nikahdankənar qızı sükutu pozdu: həyatımı məhv edən adam
4 avqust 2025 , 16:47
Rusiya azərbaycanlılara qarşı SAVAŞ AÇDI: vergi yoxlamaları başladı
4 avqust 2025 , 15:05
SON DƏQİQƏ: Şahin Şıxlinski saxlanıldı
2 avqust 2025 , 20:15
Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi fəaliyyətini dayandırır
1 avqust 2025 , 18:41
Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər
1 avqust 2025 , 13:31
XİN TASS agentliyinə xəbərdarlıq etdi
1 avqust 2025 , 00:18