Papaq altında belə  formasını və həcmini   itirməyən 5 dəbli saç kəsimi
19 noyabr 2026 12:37 (UTC +04:00)

Papaq altında belə formasını və həcmini itirməyən 5 dəbli saç kəsimi

0

Əsas məsələ saçın quruluşuna uyğun kəsim seçməkdir. Düzgün müəyyən edilmiş uzunluq və forma hətta soyuq havalarda, papaq taxmaq məcburiyyətində qaldıqda belə saç düzümünün səliqəli görünməsinə kömək edir.

Lent.az xəbər verir ki, qış aylarında hətta diqqətlə formaya salınmış saçlar da papaq altında bir neçə saat qaldıqdan sonra həcmini itirir. Bu problem xüsusilə nazik telli saçlarda və gündəlik forma verilməsini tələb edən saç düzümlərində daha çox nəzərə çarpır. Lakin düzgün seçilmiş saç kəsimi gündəlik qulluğu xeyli asanlaşdıra bilər.

Belə saç düzümləri formasını daha yaxşı saxlayır, mürəkkəb formaya salma üsulları tələb etmir və papaq çıxarıldıqdan sonra qısa müddətdə əvvəlki səliqəli görünüşünü bərpa edir. Stilistlər soyuq mövsüm üçün xüsusilə əlverişli olan beş saç kəsiminə diqqət yetirməyi məsləhət görürlər.

Klassik bob

Bob saç kəsimi dəqiq forması və universal uzunluğu sayəsində aktuallığını qoruyur. Adətən saçlar çənə xəttinə qədər və ya bir qədər aşağıdan kəsilir. Nəticədə səliqəli və aydın siluet yaranır. Bu saç düzümü mürəkkəb formaya salma tələb etmir. Papağı çıxardıqdan sonra saçları barmaqlarla və ya daraqla yüngülcə düzəltmək kifayətdir. Bob xüsusilə saçlarının vizual olaraq daha gur görünməsini istəyənlər üçün uğurlu seçimdir.

Какие стрижки не теряют форму и объем

Uzadılmış bob - lob

Saçlarını çox qısa kəsdirmək istəməyənlər lob modelinə üstünlük verə bilərlər. Bu saç kəsiminin uzunluğu adətən çiyinlərə və ya körpücük sümüklərinə qədər çatır. Belə uzunluq saçları aşağıdan at quyruğu formasında toplamağa imkan verir. Eyni zamanda saç düzümü mürəkkəb formaya salınmadan da səliqəli görünür. Üz ətrafındakı yüngül qatlar saçlara hərəkətlilik qazandırır. Düz və ya bir qədər teksturalı kəsim isə saç uclarının daha gur görünməsinə kömək edir.

Какие стрижки не теряют форму и объем / © Фото из открытых источников

Üst hissəsi həcmli piksi

Qısa piksi saç kəsimi saç düzümünə çox vaxt sərf etmək istəməyənlər üçün praktik seçimdir. Xüsusilə gicgah və ənsə hissələrinin daha qısa, başın üst hissəsindəki saçların isə nisbətən uzun saxlanıldığı variant diqqət çəkir. Papaq çıxarıldıqdan sonra üst hissədəki saçları barmaqlarla yüngülcə qaldırmaq kifayətdir. Bununla saç düzümünün həcmini və teksturasını tez bir zamanda bərpa etmək mümkündür. Bu model fərqli və diqqətçəkən görünüşü sevən, qısa saçlardan çəkinməyən qadınlar üçün uyğundur.

Какие стрижки не теряют форму и объем / © Фото из открытых источников

Biksi

Biksi qısa saç kəsiminin yüngüllüyünü uzadılmış bob modelinin yumşaq görünüşü ilə birləşdirir. Saçlar çoxqatlı formada kəsildiyi üçün düzüm daha həcmli və hərəkətli görünür. Papaq saçları bir qədər yastılatsa belə, teksturalı qatlar əvvəlki formanı tez bərpa etməyə kömək edir. Bu saç kəsimi görünüşünü dəyişmək istəyən, lakin hələ çox qısa saçlara hazır olmayan qadınlar üçün yaxşı alternativdir.

Какие стрижки не теряют форму и объем / © Mixnews

Çiyinlərə qədər çoxqatlı saç kəsimi

Orta uzunluqda saçlara sahib olan qadınlar üçün yumşaq qatlarla kəsilmiş saç düzümü uğurlu seçim ola bilər. Bu model qalın saçların artıq ağırlığını azaldır, nazik telli saçlara isə hərəkətlilik və həcm qazandırır. Xüsusilə üz ətrafındakı yüngül qatlar və həddindən artıq seyrəltmə aparılmadan saxlanılan təbii tekstura daha gözəl görünür. Papağı çıxardıqdan sonra saçları barmaqlarla bir qədər qabartmaq kifayətdir. Beləliklə, saç düzümü qısa müddətdə təbii və səliqəli görünüşünü bərpa edir.

Какие стрижки не теряют форму и объем / © Mixnews

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 142

Oxşar yazılar